“Qarabağda müharibə olarsa, Rusiya bitərəf qalacaq” - Rusiyalı ekspert

19-05-2020, 19:09 329 dəfə baxılıb

“Qarabağda müharibə olarsa, Rusiya bitərəf qalacaq” - Rusiyalı ekspert


Azərbaycanın son zamanlar cəbhə zonasında keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar Ermənistan tərəfdə narahatlıqla izlənilir. Yerevan rəsmiləri və erməni mətbuatı məsələyə müxtəlif yanaşmalar sərgiləyirlər, xüsusilə sərt ritorikadan istifadə olunur. Bəzi ekspertlər təmas xəttində vəziyyətin gərginləşə biləcəyini də ehtimal edirlər.

AYNA-nın mövzu üzrə suallarını rusiyalı hərbi-siyasi ekspert Qriqori Trofimçuk cavablandırıb:

- Azərbaycan ilk dəfə deyil ki, cəbhə xəttinin yaxınlığında genişmiqyaslı təlimlər keçirir. Sizcə, erməni tərəfinin cavabı niyə bu dəfə daha əsəbi oldu?

- Bakı erməni tərəfinin reaksiyasından tamamilə razı qalmalıdır, çünki belə reaksiya ən az gərginliyi və ən çox qorxunu nümayiş etdirir. Həqiqətən, güclü bir rəqib baş verənlərə - məşqlərin hazırlanmasına və keçirilməsinə heç bir reaksiya verməməlidir. Axı, bu, hərbi təlimlərdir və Ermənistana hücum deyil.

Bu reaksiya həm də Nikol Paşinyanın zamanından bəri erməni tərəfinin doğru-düzgün, peşəkar informasiya müharibəsi aparmağa qadir olub-olmadığını göstərir. Eyni zamanda, təmas xəttindəki vəziyyət daha da gərginləşəcək, çünki bu məşqlərdən əvvəl burada eskalasiyası artmaqda idi. Göründüyü kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri baş verənlərdən tamamilə əl çəkiblər və ümumiyyətlə heç bir işi tənzimləmirlər. Buna görə də proses Bakı və Yerevanın Qarabağ problemini ikitərəfli, ikili formatda həll etmələrinə doğru gedir. Çünki diplomatlar daim bunu kənardan xatırladırlar.
- Ermənistan rəhbərliyinin hazırkı narahatlığını, hazırda Yerevan ilə Moskva arasındakı münasibətlərin xoş olmaması ilə əlaqələndirmək olar? Məsələn, müharibə vəziyyətində Kremlin dəstəyindən məhrum olmaq qorxusu...

- Qismən belədir. Yəni, Paşinyan Sarkisyandan fərqli olaraq, bu mənada özünü etibarlı şəkildə müdafiə etmir. Sarkisyan kürəyini daha güclü dayağa söykəmişdi. Rusiyanın mümkün Qarabağ müharibəsinə silahlı müdaxiləsinə gəlincə, bu, olmayacaq. Rusiya yalnız siyasi yolla, diplomatik üsullarla hərəkət edir və bölgədə heç vaxt hərbi qarşıdurmaya getməyəcək. Üstəlik, Azərbaycan Respublikası Rusiya Federasiyası üçün düşmən deyil, əksinə, strateji tərəfdaşdır. Buna görə də Moskva, sadəcə sülhməramlı tərəf kimi davranır, tərəfləri dialoqa çağırır.

- Bu mərhələdə Ermənistandakı daxili ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz və Yerevanda növbəti hakimiyyət dəyişikliyi proqnozlaşdırırsınızmı?

- Ermənistan daxilində ictimai-siyasi və sosial-iqtisadi vəziyyət getdikcə gərginləşməkdədir. Son iki ildə Nikol Paşinyan və onun "demokratiyası" ilə hər kəsə hər şey aydın oldu. Sarkisyanın dövründə idealdan uzaq olsa da, ermənilər daha yaxşı yaşayırdılar. İndi ölkə vətəndaşları hər cəhətdən daha az qorunurlar. Erməni cəmiyyəti demokratiyanın və liberalizmin təntənəsini, ədalətli yaşamı görmədi. Buna görə, əhalinin əksəriyyəti yalnız bir şey gözləyir - aldadılmalarının qisasını almaq imkanı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR