“Azəriqaz» Bank neftçinin kompensasiyasını mənimsəyib

30-12-2015, 12:00 765 dəfə baxılıb

“Azəriqaz» Bank neftçinin kompensasiyasını mənimsəyib


















Elvin Əhəd: «Atam işdən çıxdıqdan sonra şirkət onun hesabına pul ödəyib, bank isə kreditimiz olduğu üçün həmin pulu götürməyimizə blok qoyub»

“Mənim atamı Şirvanneft NQÇİ-dən pensiya yaşına görə işdən çıxarıblar və müəyyən məbləğdə kompensasiyanı əmək haqlarını aldıqları AGBank-a ödəyiblər. Atamın da bu banka kredit borcu var, amma ödənişlər vaxtlı-vaxtında olub, heç bir gecikmə yoxdur. Kreditin müddətinin bitməsinə hələ 2 il qalsa da, AGBank heç bir ciddi əsas göstərmədən şirkətin atama ödədiyi kompensasiyanı əldə etməyimizə qadağa qoyaraq, atamın kart hesabını bağlayıb”. Redaksiyamız xəbər verir ki, bu məlumatı Elvin Əhəd adlı Facebook istifadəçisi öz profilində paylaşıb.

O qeyd edir ki, dünən AGBank-ın Baş ofisinə gedib. “Bankdan kimsə mənə konkret, ciddi bir cavab vermədi və pulun bankda saxlanılmasını bununla əsaslandırdı ki, kredit verən zaman kredit alanla bağlanan müqavilədə belə bir bənd yer alır: Əgər kredit götürən işdən çıxarılarsa, ona kompensasiya ödənilsə, banka borcu olduğu halda kompensasiya bankın hesabından çıxarıla bilməz. Bu, bir absurd”.

Onun sözlərinə görə, atasıya bağlanan müqavilədə buna aid bir cümlə də yoxdur. “Lap varsa belə, mənəvi tərəfini bank niyə fikirləşmir? Biz insan deyilik? Bankın maddi tərəfini başa düşdük: kredit ödəyən işdən çıxdığına görə bank bir növ özünü sığortalamaq üçün kompensasiyanı ələ keçirib. Üstəlik bizə bankdan dedilər ki, məbləğin hamısının tutulmasına baxmayaraq, siz banka qalan qalıq borcunu 3 aydan sonra yenə hər ay ödəmək şərtilə qaytarmalısız. Əks halda bank sizi məhkəməyə verəcək. Bu ikinci absurd”.

Elvin Əhəd daha sonra yazır ki, ortada üçüncü özbaşınalıq da var. “AGBank-ın problemli kreditlər şöbəsinin direktoru bizə dedi ki, pulun sizə verilməsi üçün ərizə yazın, bəlkə pulun yarı hissəsi güzəşt kimi sizə verildi. Elə bil meşə qanunları ilə yaşayırıq. Mənim banka borcum varsa, canım çıxsa da, qaytarmalıyam. Necə ki qaytarıram. Amma bu, nə özbaşınalıqdı ki, balansıma yatırılan pulu bank vətəndaşa xəbər vermədən mənimsəsin? Hansı qanunda var bu? Deməli, atam həm işdən çıxsın, həm bir qəpik təzminat almasın və ailə də acından ölsün! Dünyanın hansı ölkəsində belə cəfəngiyyat, belə özbaşınalıq, belə vicdansızlıq var?”

AG Bankın da mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR