Gəncənin icra başçısından Prezidentə və ölkənin birinci xanımına şikayət

29-04-2016, 11:56 622 dəfə baxılıb

Gəncənin icra başçısından Prezidentə və ölkənin birinci xanımına şikayət














“Atam icra başcının sözlərinə inanaraq Prezident İlham Əliyevə minnətdarlıq məktubu yazdı, amma…”

“Gəncə Şəhər icra hakimiyyətində mənə və atama verilən sözün bu günə kimi heç biri həllini tapmayıb”


Hörmətli redaksiya, xahiş edirəm bu müraciətimi Prezident İlham Əliyevə və ölkənin birinci xanımı, hörmətli Mehriban Əliyevaya çatdırasınız.
Bildirim ki, 30 iyun 2014 cü ildə Əliyev Heydər İlham oğluna atam Qocayev Hafizin maddi vəziyyətinin ağır olması, müflis vəziyyətinə düşməsi, evimizin satılması, acınacaqlı həyat şəratində yaşamağımız barədə müraciət etmişəm. Həmin müraciətimdən sonra Gəncə şəhər icra hakimiyyətinin başcısı Elmar Vəliyev atamı icra hakimiyyətinə dəvət etdi.
Gəncə Şəhər İcra Başcısı Elmar Vəliyev atama vəd verdi ki, səni münasib işlə təmin edəcəm və oğlunun müalicə olunmağına lazımı köməklikləri edəcəyəm. Atam Qocayev Hafiz də icra başcının sözlərinə inanaraq, icra hakimiyyətinin işcilərinin diqtəsi ilə, Cənab Preziden İlham Əliyevə minnətdarlıq məktubu yazdı.

Cənab Prezident İlham Əliyevə təşəkkür məktubu yazılandan sonra, Gəncə Şəhər icra hakimiyyətində mənə və atama verilən sözün bu günə kimi heç biri həllini tapmayıb.
Mən və atam buna görə də yenidən Heydər Əliyev Fonduna və Prezidentə çoxsaylı məktub ünvanlasaq da, bu günə kimi həmin müraciətlərə baxılmayıb.
Ailəmizdə heç bir şəxs işləmir, kirayə pulunun ödənilməsinə yaxın qohumlarımız tərəfindən köməklik olunur.
Diqqətinizə çatdırım ki, mənim nitqimin problemi və eşitmə qüsurum var və nitqimin açılması üçün “Loqoped” müəllim tutulmalıdır, ailəmizdə isə heç bir şəxs işləmir, ona görə də “loqoped” müəllim tutmağa imkanımız yoxdur.
Mən belə düşünürəm ki, mənim Prezidentə və Heydər Əliyev Fonduna ünvanladığım müraciətim görünür ki, prezidentə məruzə olunmayıb.
Ailəmizin müflis vəziyyətinə düşməsinə səbəb mənim xəstəliyimdir.
Cənab Prezident, ona görə də Sizə təkrarən müraciət etmək, ailəmizin maddi vəziyyətini, çıxılmaz durumda olmağımızı, qardaşımın maddi imkansızlıqla bağlı təhsilini davam etdirə bilməməsini, mənim müalicə xərclərimin ailəmin ödəmək imkanının olmamasını, kirayədə yaşadığımız evin aylıq pulunu belə verməkdə çətinlik çəkdiyimizi, atamın heç bir yerdə işləmədiyini nəzərə alaraq ailəmizə köməklik etmənizi Sizdən övladınız kimi xahiş edirəm.
Siz dəfələrlə şəhid ailələrini, Qarabağ qazilərini, veteranları qəbul edib dinləmisiniz, onlara lazımı köməklik göstərmisiniz. Sizdən xahiş edirəm, ikinci qrup əlili kimi bizim ailəmizi də qəbul edəsiniz.
Mən inanıram ki, bu müraciətimdən sonra bizim ailəmizi bu fəlakətdən xilas edərək lazımı köməklik göstərəcəksiniz.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR