Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evləri, mənzilləri və pilləkən qəfəsləri təmir ediləcək.
Təmir işləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək.
Bildirilir ki, bununla bağlı olaraq təxminən 1 milyon vəsaitin ayrılması nəzərdə tutulur.
Sözügedən işlər qurumun Mənzil İstismarı Departamentinə həvalə olunub. Departament təmirə görə razılaşacağı şirkətlə müqavilə bağlayacaq.
Qeyd edək ki, bundan öncə də sözügedən təmir işləri ilə bağlı əvvəlcə 3 ərazi üzrə 340 min, daha sonra Biləsuvar rayonu üzrə ayrıca 800 min manatın ayrılacağı bildirilirdi.
loading...