ŞOK: Ağcabədidə ƏSMM direktoru içkili vəziyyətdə piləkənlərdən yıxılıb, qolunu qırdı

13-06-2016, 10:15 515 dəfə baxılıb

ŞOK: Ağcabədidə ƏSMM direktoru içkili vəziyyətdə piləkənlərdən yıxılıb, qolunu qırdı












Babək Hüseynov köhnə qaydalarla işləyir: «5-6 ayı mənim, qalanı sənin»

Ağcabədi Əmək və Sosial Müdafiə Mərkəzinin (ƏSMM) direktoru Babək Hüseynovun rayonda yeyib-içən şəxs kimi tanınması ilk məlumat deyil. Onun uzun illərdir işdən sonra, bəzən isə iş saatlarında restoranlarda yaxşıca yeyib-içdiyini görənlər də çoxdur. Bəzən isə günorta saatlarından sonra Babək müəllimi ayıq tapmaq da olmur. Bunu jam.az-a rayon sakinləri bildiriblər.

Onların verdiyi məlumata görə, ƏSMM direktoru ötən günlərdə Ağcabədidəki restoranlardan birində yaxşıca yeyib-içdikdən sonra pillələrdən yıxılıb. Nəticədə, qolunu qıran mərkəz direktoru bir neçə gün işə çıxı bilməyib.

Rayonun aztəminatlı ailələrindən verilən məlumatlarda o da vurğulanır ki, Babək Hüseynov pul qazanmağın yeni yolunu tapıb. Belə ki, ünvanlı sosial yardım almaq üçün sənədlərini elektron poçt vasitəsiylə nazirliyə göndərən və müsbət cavab alan şəxslər pullarını almaq üçün mütləq Ağcabədi ƏSMM-in direktoruyla ortaq dil tapmalıdır. Onların sözlərinə görə, direktor bu zaman vətəndaşa bildirir ki, guya, sənədləri onların sayəsində qeydə alıblar. Və bu səbəbdən də vətəndaşın alacağı ünvanlı sosial yardımın 5-6 aylıq hissəsi direktora veriləmlidir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR