Azərbaycanda banka hücum edildi

1-08-2016, 12:16 524 dəfə baxılıb

Azərbaycanda banka hücum edildi










Azərbaycanda bank filiallarından birində basqın edilib. Hadisə "Accessbank” QSC-nin "Beyləqan” filialında qeydə alınıb.

Tezis.az-ın məlumatına görə, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən "Accessbank” QSC-nin "Beyləqan” filialından "həyəcan” siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.

Bu zaman bankın "Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Rəhim Nəbiyev Beyləqan rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR