Sumqayıtda şəhərin rəmzi olan “Göyərçin” abidəsinin 40 illiyi qeyd edilib

26-12-2018, 20:40 977 dəfə baxılıb

Sumqayıtda şəhərin rəmzi olan “Göyərçin” abidəsinin 40 illiyi qeyd edilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə şəhərin rəmzi olan “Göyərçin” abidəsinin 40 illiyinə həsr edilən “Göyərçin- 40” adlı tədbir keçirilib.

“Göyərçin” abidəsinin 40 illiyinə abidəsinin önündə baş tutan bu tədbiri yazıçı, publisit, kinossenarist Hafiz İmamnəzərli açıb, tədbir iştirakçılarını salamlayıb, sonra sözü abidənin müəllifi Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirova verib. Rəssam abidənin yaranması haqqında tədbir iştirakçılarını geniş məlumatlandırıb.

Tədbirdə rəssamlarin əsərləri, əl işləri, yaziçi və şairlərin kitablarindan ibarət sərgisi təşkil olunub.
AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Qubadlı bölməsinin sədri Namiq Məna, Azərbaycan Jurnalıstlər birliyi Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, MİMHİ-nin Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev, Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşı Cəmilə Feyyaz, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Sumqayıt Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyev, 16 saylı məktəbin müəlliməsi Nazilə Əsgərova və şəhər ictimaiyyətinin nümayəndələri çıxış edib, abidə müəllifinə təbriklərini söyləyib, belə tədbirlərin əhəmiyyətindən danışıblar.

Sonda “Göyərçin” abidəsinin 40 illiyinə həsr olunan şeir və rəsm müsabiqəsinin qalibləri müxtəlif hədiyyələrlə mükafalandırılıb. Şeir müsabiqəsinin nəticələrinə görə Rafiq Oday və Elvin Əlizadə I yerə, Ədalət Nicat və Novruz Qələndərli II yerə, Nəriman Nərimanlı və Nisə Qədirova III yerə, rəsm müsabiqəsinin nəticələrinə görə isə İlkin Şəmdinli I yerə, Günay Mürsəlova II yerə, Süsən Qasımova III yerə layiq görülüb.

Tədbir Corat mədəniyyət evinin özfəaliyyət kollektivlərinin ifasında musiqi nömrələri ilə yekunlaşıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR