Şabranda xanım “jurnalist” yol polisindən qaçdı - VİDEO

21-10-2015, 12:14 821 dəfə baxılıb

Şabranda xanım “jurnalist” yol polisindən qaçdı - VİDEO

















32 sürücü barəsində inzibati tədbir görülüb

Şabran Dövlət Yol Polisi (DYP) əməkdaşlarının keçirdiyi reydlər zamanı maraqlı məqamlar yaşanıb.

azinfo.tv İnter.az TV-yə istinadən xəbər verir ki, reyd zamanı ümumilikdə 32 sürücü barəsində inzibati tədbir görülüb.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü aşkarlanıb.

Onlar arasında, hətta özünü “jurnalist” kimi qələmə verən və yol polisinə tabe olmayan şəxslər də olub.

Məlum olub ki, özünü jurnalist kimi təqdim edən xanım sürücü Günay İbadovadır. O, polisə heç bir sənəd təqdim etmədən nəqliyyat vasitəsini yolun hərəkət hissəsində qoyub və ərazidən uzaqlaşıb.

Polis əməkdaşları bir neçə dəfə ondan maşının açarını təqdim etməsini xahiş etsələr də, xanım sürücü onları dinləməyib. Nəhayət, Günay İbadova maşının açarlarını yol patrul xidmətinin əməkdaşlarına verib və nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. DYP əməkdaşları ilə xanım sürücünün dialoqunun videosu yayılıb.

Həmin görüntüləri sizə təqdim edirik:


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR