Misirli rəqqasə paylaşdığı videoya görə 3 il həbs edildi

29-06-2020, 16:06 334 dəfə baxılıb

Misirli rəqqasə Sama el-Masri sosial şəbəkədə rəqs videosunu paylaşdığı üçün həbs edilib.

Onun paylaşımının qeyri-etik olduğu bildirilib və 3 il azadlıqdan məhrum edilib. Bununla yanaşı rəqqasə 28 min manat cərimə ödəyəcək.

Videoların telefonundan oğurlandığını və ondan icazəsiz paylaşıldığını iddia edən El-Masri qərara etiraz edəcəyini bildirib. 42 yaşındakı rəqqasə və "TikTok" istifadəçilərinə qarşı rəsmi etiraz bildirən internet və sosial şəbəkə nəzarət məclisinin üzvü Cohn Talaat "Azadlıqla və əxlaqsızlıq arasında böyük fərq var" deyib.

Qeyd edək ki, Misirdə son günlər bəzi sosial şəbəkə, fenomen və "Youtube" istifadəçiləri məhkəmə tərəfindən əxlaqsızlığın təbliğ edilməsi iddiası ilə günühlandırılır.

Parlament üzvü Talaat fenomenlərin el-Masri ilə eyni günahı etdiklərini söyləyib. O, onların həbs edilməsini istəyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR