"Sən kimsən ki, mənə prodüserin zəng edir"

24-08-2020, 13:20 388 dəfə baxılıb

Müğənni Elza Seyidcahan ATV telekanalında yayımlanan ''Ən yaxşısı'' verilişinin qonağı olub.

Sənətçi efirdə konserti zamanı yaşanan hadisələrdən söz açıb.

"Konsertim zamanı çox şey gördüm. Bilet yazmışam, gəlib götürəndə görüb birinci sırada deyil, atıb. Biri də var, brend geyinir, onun-bunun hesabına sənətə gəlib. Konsertə dəvət edirik, kürəkənimə deyib ki, sıranı deyin, birinci yer deyilsə gəlmirəm. Dediklərimin ikisi də qadındır. Qərara gəldim ki, bundan sonra heç kimə dəvətnamə göndərməyəcəm. Dünən sənətə gələnlər klip təqdimatı edirdi, prodüseri zəng vurub çağırırdı. Sən kimsən ki, mənə prodüserin zəng edir?" -deyə Seyidcahan qeyd edib. (ölkə.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR