“Şuşamızda Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ şikəstəsini oxuyacağımız günü gözləyirəm...”

30-09-2020, 20:36 206 dəfə baxılıb

“Nəhayət ki, gözlədiyimiz an gəlib çatıb, Ali Baş Komandanımız əmr verib və ordumuz əks-hücumla torpaqlarımızı azad edir”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Muğam ifaçısı tezliklə o torpaqlarda Qarabağ şikəstəsini oxuyacağına inandığını deyib:

“Əhvalım çox yaxşıdır, hər şey öz qaydasındadır. Nəhayət ki, gözlədiyimiz an gəlib çatıb, Ali Baş Komandanımız əmr verib və ordumuz əks-hücumla torpaqlarımızı azad edir. İyirmi yeddi ildir ki, həsrətlə bu günü gözləyirdik və sentyabrın 27-də həmin gün gəldi çatdı. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanımızın ətrafında bir əsgərdir. Heç bir dövrdə bu qədər ruh yüksəkliyi olmayıb. Xalqımızın bütün insanları qələbə xəbərini gözləyir. İnanıram ki, qələbə bizim olacaq, çünki döyüş bizim torpaqlarda gedir. Ordumuz ərazilərimizi erməni viruslarından təmizləyəcək. Mən Ağdamımızda, Şuşamızda Qarabağ şikəstəsini oxuyacağımız günü səbirsizliklə gözləyirəm.

Biz bununla otuz ildir ki, davam edən erməni mifini damradağın etdik. Beş-altı saatın içində bir neçə kəndi azad etdik. Bizim ordumuz hər şeyə qadirdir. Allah ordumuzu qorusun. İnşallah tezliklə Şuşamızda Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ şikəstəsini qələbə bayramında oxuyacağımız günü gözləyirəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR