Qaçırılan modelin meyiti tapıldı

8-10-2020, 16:36 195 dəfə baxılıb

Meksikada qaçırılan modelin meyiti kütləvi məzarlıqda tapılıb.

Model Yesenia Alvarado 14 avqustda alış-veriş edərkən naməlum maskalı şəxslər tərəfindən qaçırılıb.

The Mirror-un verdiyi məlumata görə, Alvarado Ciudad mağazadan qaçırılıb. Maskalılar onu naməlum istiqamətə aparıblar. Yaxınlarının dediklərinə görə, soyğunçular model üçün əvvəl fidyə istəyiblər, daha sonra isə əlaqə tamam kəsilib.

Modelin meyiti təxminən iki aydan sonra tapılıb. O, bir neçə şəxslə birlikdə dəfn edilib. Meyitlərin kimliyini müəyyənləşdirmək üçün DNT müayinəsi aparılıb. Yesenia Alvaradonun 5 yaşlı oğlu var.


Hazırda ümumi məzarlığın tapıldığı ərazinin sahibləri saxlanılıb. Hüquq mühafizə orqanları cinəyətin narkotik kartelləri ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR