Manaf Ağayev əsgərlərin toyunda pulsuz oxuyacaq

19-11-2020, 11:35 193 dəfə baxılıb

Sosial şəbəkələrdə bir neçə əsgərimizin tanınmış müğənnilərə salam göndərməsinə dair videolar yayılıb. Həmin videogörüntülərdə hərbçilərimiz bəzi müğənnilərə səmimi ürək sözlərini çatdırıblar.

Yenisabah.az xəbər verir ki, müğənni Manaf Ağayev həmin kadrları gördükdən sonra sosial şəbəkə hesabında açıqlama verib. İfaçı videodakı əsgərlərin toyunda pulsuz oxumağa hazır olduğunu deyib:

"Bugünlərdə sosial şəbəkələrdə əsgərlərimizin bir videosunu gördüm. Videoya mən də münasibət bildirmək istəyirəm. Mən şəxsən öz adımdan deyirəm videoda olan əsgərimizin toyunda iştirak etməyə canla-başla hazıram. Təki sağ salamat evlərinə dönsünlər əsgərlərimiz. Yaşasın Ordumuz! Yaşasın Azərbaycan!".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR