“Evdən pul oğurlayıb qumar oynamışam“

19-01-2021, 12:07 184 dəfə baxılıb

“Evdən pul oğurlayıb qumar oynamışam“

ARB TV-nin “Onun Sirri” verilişində qonaq olan müğənni Manaf Ağayev etirafları diqqət çəkib.

Aparıcının “Bizdə olan məlumata görə sən evdən pul oğurlayıb qumar oynamısan” sualını “doğrudur” – deyə təsdiqləyib.

“Kədərləndim, uşaqlıq illərimə qayıtdım. Lap gənc yaşlarımda olub. Evdən pul götürüb gəli dostlarla, məhlə uşaqlarımla qumar oynamışam. Bu gün o günlərə baxıram, özümə gülməli gəlir. Məhlə uşaqları vardı, oynayırdılar, istər-istəməz sən də istəyirsən. Mən də öz evimizdən oğurlayırdım, gəlib oynayırdım. İndi oğurluq etməyim indi özümə də gülməli gəlir. Üstü açılanda rəhmətlik anam dedi ki, bura pul qoymuşdum, indi yoxdur. əvvəlcə boynuma almadım, dedim xəbərim yoxdur. Amma sonradan bildilər. Anama yalvardım ki, atama demə, lakin dedilər, o da məni ağacla döydü. Uşaqlıqda atam tərəfindən 2-3 dəfə yaxşı döyülmüşəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR