Tolik Zaurun verilişinin bağlanmasına sevinənlərə "od püskürdü": - “Onda da itlər hürürdü, nə oldu?"

21-04-2021, 23:13 151 dəfə baxılıb

Tolik Zaurun verilişinin bağlanmasına sevinənlərə "od püskürdü": - “Onda da itlər hürürdü, nə oldu?""Zaurun illərdir ki, efirdə saçları ağardı, xalqın kasıb təbəqəsinin dərdinə şərik oldu. Efirdə minlərlə xəstələrin şəfasına vasitəçi oldu, qarşınızda diz çökdü, hər zaman Allahına, xalqına şükür etdi. Hər zaman əlindən gələni etməyə çalışdı. Amma indi 1 günlük verlişi bağlandı deyə, İnstaqramda şərhlərdə sevinən cahillər ağzına gələni yazdı”.

Sfera.az-ın məlumatına görə, bunu tanınmış prodüser-aparıcı Tarix Əliyev (Tolik) deyib. O, verilişin bağlanmasına sevinənləri sərt tənqid edib:

"Siz axı kimsiniz? Həyatda özünə gün ağlamayan cahillər, nəinki, cəmiyyətə, heç ailəsinə xeyri olmayan məxluqlar! Dənizdən 1 ton su götürülsə də, yenə dənizdi. Zaura nə oldu ki ? Nə tez sevindiniz? Zaurun xilaskarı olduğu xəstələrin duası ona bəsdir. İt isə həmişə hürüb, karvan da keçib. Zaur elə həmin Zaurdur”.

Tolik qeyd edib ki, onun da verilişi bağlananda eyni vəziyyət müşahidə olunmuşdu:

"Onda da itlər hürürdü, amma nə oldu? Verilişim olsa da, olmasa da Tolikəm. Bu cəmiyyətdə nə etsən də, 1 gün yadda qalır, ona görə də çalışmalısan ki, düşməyəsən. Çünki ermənidən çox, səni özününkülər vurmağa çalışacaq”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" verilişinin yayımı dayandırılıb. Buna səbəb 20 aprel 2021-ci il tarixdə yayımlanan "Bizimləsən" proqramında qonaq olan vətəndaş tərəfindən efirdə səsləndirilən fikirlər olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR