“İl boyu şıllaq atıb, qeybət qırıb, dovğa bulayıb...”

29-04-2021, 08:32 184 dəfə baxılıb

"Aparıcının profili deyilsə, nə vacibdir ildə 4-5 dəfə, xüsusi günlərdə üzərinə ictimai, siyasi, elmi mövzuları yük edirsiniz. Qalır çabalaya-çabalaya...”.

Yenisabah.az xəbər verir ki, bunu müğənni Murad Arif deyib.

O qeyd edib ki, universallar azdır:

"İl boyu şıllaq atıb, qeybət qırıb, birdən ciddi ola bilmək həm efir üçün qeyri-peşəkarlıqdır, həm də hər aparıcının qabı üçün deyil. Hər hansı hadisəni, insanı xatırlamaq lazımdırsa, təzə veriliş, təzə film çək, həmin gün ver, borcundan çıx!

Daha dovğa bulaya-bulaya (ya da poçti o ab-havada), "Bu gün filan alimdən danışacayıq",- nədir də?”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR