Taleh Yüzbəyovun adından 50 minlik dələduzluq - FOTO

29-04-2021, 15:11 177 dəfə baxılıb

Tanınmış aktyor Taleh Yüzbəyov dələduzluğa məruz qalıb. "Qafqazinfo” xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə məlumat yayıb.

T. Yüzbəyov qeyd edib ki, naməlum şəxslər onun adından istifadə edərək 50 min manatlıq oyun keçirir:

"Sosial şəbəkələrdə kimsə adımdan səhifə açıb, yarışlar keçirir. 50 min manat da pul mükafatı verir. Sizdən xahiş edirəm, bu cür oyunlara qoşulmayasınız. Bu işlə heç bir əlaqəm yoxdur. Həmin insanı şəxsən tanıyan varsa, ona xəbədarlıq edin ki, belə şey olmaz”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR