"Mən çömçə deyiləm ki, özümü ortalığa atım"

4-05-2021, 14:17 28 dəfə baxılıb

Rəqqasə Fatimə Fətəliyeva müğənni Rəqsanə İsmayılovaya cavab verib. Lent.az-ın məlumatına görə, rəqqasə "7 canlı” verilişində müğənninin ünvanına bu sözləri deyib:

"Bu yaxınlarda Rəqsanəyə zəng vurmuşam, mənə deyir ki, sənə söz deyən yoxdu, özünü niyə ortalığa atmısan? Birincisi mən çömçə deyiləm ki, özümü ortalığa atım. Sonra mənə dedi ki, elə deməmişəm, elə yazıblar. Doğrudan da mənim Rəqsanəyə, Rəqsanənin də mənə böyük hörməti var. Mən də ona dedim ki, mən hansı verilişə getmişəm, sən barədə sual veriblər. Şəxsən mən utanıram ki, bu sahədəyəm. Sənət adamlarının yerinə də utanıram ki, mən sizinlə eyni səhnədəyəm. Həqiqətən də ayıbdır. Bəylər indi kıənarda qalıb, qadın müğənnilər indi ortalıqdadı. Elə şeylər var ki, səhnədən kənar həll olunmalıdır. Hər şeyi, ərlərinizi, sevgililərinizi ortalığa qoymusunuz. Olmaz”.

Qeyd edək ki, Rəqsanə İsmayılova İnstaqramda canlı yayımda Rusiyada toya gedən müğənniləri tənqid edərək bu sözləri demişdi:
"Toydan sonra evinizə gedin, başqa yerə yox. Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətlərini qoruyub saxlaya bilmirlər, puldan ötrü elə yerdə çıxış edirlər ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR