Ona qeyri-etik mesajlar yazan izləyicisini hədələdi

8-06-2021, 10:52 25 dəfə baxılıb

Ona qeyri-etik mesajlar yazan izləyicisini hədələdiAktrisa Gülsim Ali 5 ildir onu izləyən və qeyri-etik mesajlar yazan E.H. adlı istifadəçini hədələyib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi bir neçə dəfə uzaqlaşdırma qərarı aldırdığı E.H.-ya "Təcavüzə davam edərsən, fotolarını yayımlayacam" sözlərini deyib.

Gülsim bildirib ki, həmin şəxs beş ildir onu izləyir və hər gün cinsi təcavüzün yer aldığı mesajlar göndərir. Bunun üçün məhkəməyə müraciət edən aktrisa uzaqlaşdırma qərarı alıb. Amma bu da həmin şəxsə təsir etməyib. Aktrisa bu dəfə onu fotolarını yaymaqla şantaj edib.

"2016-cı ildən bəri mənə təcavüz edən E. H.-yı məhkəməyə verməyimə baxmayaraq, hələ də mesajları davam edir. Məni narahat edir. Ailəm, yaxınlarım, özüm haqda təhqirlər səsləndirir. "Sənin olduğun hər yerə gələ bilərəm. Kimsə mənə qadağa qoya bilməz" deyərək, məni hədələyir" deyə, aktrisa bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR