Azərbaycanlı modeldən ŞOK ETİRAFLAR: - Kişi qadını sevdisə, onu yatağına yox...

16-06-2021, 20:25 224 dəfə baxılıb

Tanınmış model Səmra Hüseynova xərçəng və anoreksiya xəstəliklərindən əziyyət çəkirmiş.

Publika.az xəbər verir ki, bu barədə model sosial şəbəkə hesabında məlumat yayıb.

Səmra Hüseynova həddindən artıq arıq olduğu üçün onu tənqid edənlərə belə cavab verib:

"Səsimə görə mənə trans dediniz. Amma mən iki dəfə onkoloji səs əməliyyatı ilə şiş götürmüşəm. Mənə narkoman dediniz, ən ağır dərmanları neyropotik ağrılardan, epilepsiyadan qəbul edirdim. Mənə raxit, taxta, şüşə (heç vaxt ağzıma dəyməyib. Dəysə, ölərdim, ürəyimdə mikroinfarkt var) qoyan dediniz. Mən iki ildir gizlətməyə çalışsam da, ikinci dərəcəli nevroz anoreksiyadan əziyyət çəkirəm".

Model sənətinə görə bu cür əzablara tuş gəldiyini də qeyd edib:

"Sənətimə görə qurban oldum, o qədər pəhrizlər, travmalar... Artıq ürəyim sallanıb mədəmə. Sizlər, bəlkə, məni təkləməyib dəstək olsaydınız, mən bunların heç birini ağır yaşamazdım... Gülün, dünya bumeranqdır. Sizin başınıza gəlməsə də, övladınızın başına gələcək. Sizlər mənə namussuz deyirsiniz, amma namusu olan fərd bir qadına başını qaldırıb söz deməz. Ona görə ilk özünüzdə kişi olmağı düzəldin, sonra kişilərlə müharibədə vuruşun, qadınlarla deyil".



Məlumat üçün bildirək ki, "Miss Azərbaycan"ın qalibi Səmra Hüseynova "Senzurasız Show News" verilişinin yeni buraxılışında sensasion açıqlamaları ilə gündəm yaradıb. O bildirib ki, model karyerasının ilk illərində valideynlərini yatızdıraraq evdən çıxırmış:

"Əvvəllər evdən gizli-gizli qaçıb çıxırdım. Dimedrol töküb ana, atanı yatızdırırdım, sonra çıxıb gedirdim. Çəkilişləri hamıdan gizlədirdim, çünki hamı əleyhinə idi. Gördülər ki, xoşbəxt deyiləm, yemirdim, içmirdim, həqiqətən intihar belə etmək istəmişəm. Əgər istədiyim həyatı yaşamıramsa, bu dünyaya niyə gəlmişəm. Kimin qaydaları ilə oturub-durmalıyam? Azad insanam, lüt doğulmuşam, niyə utanmalıyam, hamı eyni bədənə sahibdir.

Atam gördü ki, şəkillərdə pozğunluq və fahişəlik yoxdur. Ona görə də razılaşdı və dedi ki, istədiyin kimi yaşa".

Model etiraf edib ki, öz həmcinsi ilə gələcəkdə eşq yaşaya bilər:

"Kişilərdən qəlbim o qədər qırılıb ki... Mənim üçün kişi qadını sevdisə, yatağına yox, "zaksa" aparmalıdır".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR