"Mənim nə yaşım var ki, qocalıqdan danışırsınız?" - 58 yaşlı Xalq artisti

25-06-2021, 17:02 160 dəfə baxılıb

"Mənim nə yaşım var ki, qocalıqdan danışırsınız?".
Lent.az xəbər verir ki, bu sözləri 58 yaşlı Xalq artisti Mələkxanım Eyyubova "Sözbaz" proqramında deyib. Xanəndə baxım sirrləri ilə bağlı sualları cavabsız qoyub:

"Gözəlliyimin səbəbi insanların sevgisidir. Bu da qarşılıqlıdır. Tələbələrimə, ailəmə, doğmalarıma, dostlarıma sevgi bəsləyirəm. İnsanın içində daim mərhəmət, sevgi olduqda, üzünə vurur. İnsan yaşa dolduqca içində pislik varsa, üzünə vurur".

M.Əyyubova bir ildir toy olmamasından, pandemiyadan danışıb:

"Çox sənət adamını itirdik. Dostlardan, qohumlardan, yaxınlardan, qonşulardan bu xəstəlik yan keçmədi. Bir ildir toy yoxdur. Hər bir ailə istəyir övladının xoş gününü görsün. Buna görə də insanlar ümidsizləşir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR