Beyləqanda qaranlıq keçmişli, saxta diplomlu məmur macəraları…

29-07-2015, 11:29 939 dəfə baxılıb

Beyləqanda qaranlıq keçmişli, saxta diplomlu məmur macəraları…














Maliyyə Nazirliyinin tabeliyində olan rayon maliyyə idarələrinin əsas vəzifəsi büdcədən maliyyələşən yerli təşkilatları “Dövlət büdcəsi haqqında” Qanunun müvafiq maddələrində göstərildiyi kimi, üç ildən bir təftiş etməkdir. Bu idarələr əyalətlərdə fəaliyyət göstərən və büdcədən maliyyə dəstəyi alan qurumların həmin vəsaitləri necə və hansı işlərə sərf etməsini araşdırır. Hansısa neqativ hallar və maxinasiya faktlarının aşkara çıxarılmasında onların üzərinə böyük məsuliyyət düşür

Son saylarımızda müxtəlif maliyyə və xəzinədarlıq idarələrində mövcud olan problemlərlə bağlı faktları yazmışıq. Amma bu, hələ problemlərin tam şəkildə yoluna qoyulması anlamına gəlmir. Ölkənin müxtəlif bölgələrində maliyyə idarələrinin işi qənaətbəxş deyil. Bunlardan biri də Beyləqan rayonudur. Beyləqan rayon Maliyyə İdarəsinin rəisi Oktay Hacıyevin öz işinin öhdəsindən layiqincə gələ bilməməsi vətəndaşlar arasında ona olan bütün ümidlərin üstündən xətt çəkib. O. Hacıyevlə bağlı cumhuiyyət.az-a ilginc informasiyalar daxil olub. Həmin məlumatlara keçməzdən öncə bildirək ki, maliyyə bossunun diplomu ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır. O. Hacıyevi yaxından tanıyan mənbə bildirir ki, idarə rəisinin birinci ali təhsili metallurgiya sahəsi ilə bağlıdır: ” Oktay Hacıyev sovet dönəmində uzun müddət RTS adlı bazanın, müstəqillik dövründə isə Beyləqan pambıq zavodunun müdiri işləyib”. Mənbə həmçinin cumhuriyyet.az-a bildirib ki, Beyləqan maliyyə idarəsinin rəisi ikinci diplomunu 2004-cü ildə alıb : “Həmin diplomun alınmasında Oktay Hacıyevə yardımçı olan şəxs isə Beyləqan Vergi İdarəsinin keçmiş rəisi Ramiz adlı şəxs olub. Oktay Hacıyevin diplomu Azərbaycan İqtisad Universitetinin Dərbənd filialına məxsusdur. Bu filila isə tələbələrin rüşvətlə daxil olduğu hər kəsə aydındır”. Mənbə bildirir ki, Oktay Hacıyev Dərbənd filialına qəbul olunmaq üçün həmin vaxt 5 min dollar rüşvət verib. Beyləqanda hər kəs yaxşı bilir ki, Oktay Hacıyev “heç vaxt imtahan verib universitetə qəbul oluna bilməz”. Çünki universitetə qəbul olunduğu vaxt onun başı Pambıq Zavodunun fəaliyyətinə qarışmışdı və biznesinin inkşafından başqa heçnə düşünmürdü. İdarə rəisi Dərbənd filialında 3 kursda İqtisad Universitetinə “perevod” olunub. Bundan sonra isə İqtisad Universitetinin məzunu kimi diplomunu alıb. Məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, Oktay Hacıyev ikinci diplomunu tez tələsik ona görə aldı ki, onun çoxdan arzusu idi Beyləqan Maliyyə idarəsinin müdiri vəzifəsinə keçsin. Çünki rayonda hamı bilirdi ki, 75 yaşlı maliyyə idarəsinin müdiri Məhəmmədəli müəllim yaşına görə məcburən vəzifəsindən uzaqlaşdırılacaq. Hər şey O.Hacıyevin planlaşdırdığı kimi də olur.
O.Hacıyevin keçmişi ilə bağlı müəmmalar bununla yekunlaşmır. Xatırladaq ki, bir müddət öncə bir çox informasiya portallarında O.Hacıyevin Müsavat partiyasının üzvü olması, hətta partiya Başqani İsa Qəmbərə maliyyə yardımı göstərməsi haqda məlumatlar yayılmışdı. Həmin məlumatlara toxunan və O.Hacıyevi yaxından tanıyan mənbəmiz əslində həqiqətin fərqli olduğunu bildirdi: “Gerçəyə qalsa Oqtay Hacıyev Müsavat partiyasının deyil AXC-nin üzvü olub və doğurdan da o, ilk vəzifəni AXC hakimiyyəti dövründə alıb. Rayonda avtoservis rəhbəri postunu tutmasında Müsavat Başqanı ilə münasibətlərin hansı rol oynadığını deyə bilmərəm, ammaO.Hacıyev sonrakı vəzifə yüksəlişini hakimiyyətin bəlli prinsiplərinə, yəni “yuxarı”ları razı salaraq qazanıb.”
Mənbəmizin sözlərinə görə Oktay Hacıyevin maliyyə idarəsinin müdiri olmaq üçün 200 min manat xərc çəkdiyi deyilir: “Saxta diplomlu Oktay Hacıyev kənd icra nümayəndələrinə ərzaq mallaır alınması üçün ayrılan vəsaitlərin 10 faizini nəğd şəkildə özünə götürü. Hər il beyləqan rayon kənd icra nümayəndələrinə ərzaq mallarının alınması üçün üst üstə 250-300 min manat vəsait ayrılır. Maliyyə idarəsinin müdiri ildə ən azı iki dəfə ərzaq malları adı ilə kiçik vəsaitlər ayırmaqla həmin pullarıda cibinə qoyur. Əsas qazanc mənbələrindən biri isə icra nümayəndələrinə yumşaq və bərk inventarların alınması və cari təmir üçün ayrılan vəsaitlərdir. Bu vəsaitlər 3-5 min manat arası olsada Oktay Hacıyevin qazancı “dama dama göl olar” məsələsinə çevrilib. Mənbə bildirir ki, maliyyə idarəsinin müdiri icra nüamyəndələri ilə razılaşaraq ayrılan vəsaiti şişirdərək üstündəki faizini götürü.Bu isə ildə ən azı 100 min manatdan çox qazanc deməkdir. Bundan başqa rayon Mədəniyyət və turizm idarəsinə, Təhsil şöbəsinə, Səhiyyə idarəsinə ayrılan vəsaitlərdəndə Oktay Hacıyevin ayrı “payı” var. Maliyyə məsələlərində dəlla olan bu şəxs hər kəslə anlaşmağı yaxşı bacarır. Kimsə Oktay Hacıyevlə razılaşmayanda isə ona qarşı bəzi bürokratik əngəllər çıxır.Yəni ayrılan vəsaitlər gecikir bəzi süründürməçiliklər olur”.
Mənbə Oktay Hacıyevin maliyyə idarəsinin hesabına kiçik müəsissələr adına nəğd vəsait çıxardaraq həmin pulu müxtəlif idarə ümdirlərinə sələmə veridyini deyir. Sələmlə bərabər idarə müdiir həmin pulu müxtəlif biznes işlərindədə istifadə etdiyi qeyd olunur. Maraqlıdır Oktay Hacıyev maliyyə idarəsinin müdiri işləsədə birinci işini Pambıqçılıq sahəsini belə əldə verməyib.Belə hazırda Beyləqan rayon ərazisində yerləşən Pambıq zavodunda idarə müdirinin payı durmaqda davam edir və həmin işini kənardanda olsa idarə edir. Oktay Hacıyevin Pambıq zavodundakı işini isə onun yaxın qohumu həyata keçirdiyi bildirilir. Bundan başqa Maliyyə İdarəsinin müdirinin paytaxtda da biznes obyektinə sahib olduğu və bu obyektin oğlu tərəfindən idarə olunduğu bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR