Bakıda həkim boğazını kəsdi

10-08-2015, 14:23 1278 dəfə baxılıb

Bakıda həkim boğazını kəsdi


















Faktla bağlı cinayət işi başlanıb

Bakıda intihar hadisəsi baş verib.

azinfo.tv xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Karqanov küçəsi ev 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1945-ci il təvəllüdlü Eldar Qoca oğlu Piriyev yaşadığı evdə boğazını kəsib. O, çoxlu qan itirdiyindən hadisə yerindəcə dünyasını dəyişib.

E. Piriyevin özünə qəsd etməsinin dəqiq səbəbləri barədə hələlik məlumat verilməsə də, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, E. Piriyev təqaüddə olan həkim olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR