Sumqayıt şəhəri Təcili Tibbi Yardım və 1 nömrəli xəstəxanasının baş həkimləri Prezidentin göstərişlərinə məhəl qoymur

26-08-2015, 12:50 944 dəfə baxılıb

Sumqayıt şəhəri Təcili Tibbi Yardım və 1 nömrəli xəstəxanasının baş həkimləri Prezidentin göstərişlərinə məhəl qoymur



























Sumqayit şəhəri Təcili Tibbi Yardım və 1 nömrəli xəstəxanasında savadsız həkimlər xəstələrə işgəncələr edirlər

Güclü dövlətin olması hələ korrupsiyanın olmamasına təminat vermir və güclü dövlət idarəçiliyinə malik olan bir çox ölkələrdə güclü korrupsiya vardır. Cəmiyyət güclü olanda və güclü dövlətlə yanaşı cəmiyyətin özü bü təzahürə qarşı mübarizə aparanda korrupsiya zəifləyir.

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuş, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Prezdent Cənab İlham Əliyevin yuxarıdakı göstərişlərinə Sumqayit şəhəri Təcili Tibbi Yardım və 1 nömrəli xəstəxanasının baş həkimləri Nə ücün məhəl qoymur?

Sumqayit şəhəri Təcili Tibbi Yardım və 1 nömrəli xəstəxanasının baş həkimləri başlarının dəstələri ilə Prezdent cənab İlham Əliyevin göstərişlərinə məhəl qoymadan öz çirkin əməllərindən qalmırlar.Rüşvət alır,vətəndaşlara dövlət tərəfindən pulsuz verilən dərman preparatlarını pul müqabilində satır və savadsızlıqdan xəstələrə düzgün diaqnoz qoya bilmədikləri ücün sağlam insanı ölüm həddinə çatdırırlar.

Bu cür hal Abşeron rayon sakini Əhmədova Xənimət Əbdül Əli qızının başına gətirilib.

Redaksiyamıza müraciət edən Azərbaycan yazıçılar birliyinin üzvü,Prezident təqaüdçüsü,”Dünya Səsi” qəzetinin baş redaktoru,”Qızıl Qələm” mükafatı lauriyatı, şair Tural Əhmədov qardaşı Əhmədov Siyavuş anaları Xənimət xanıma edilən işgəncələrdən,qeyri dəqiq diaqnoz və rüşvətxorluğun pikk həddə olduğu Sumqayit şəhəri Təcili Tibbi Yardım və 1 nömrəli xəstəxanasından danışdılar.

Soyğuçuluq və cəlladlıqla məşğul olan bu xəstəxanaların həkimləri barədə dedikləri faktları olduğu kimi sizlərə çatdırırıq.

Anamız Əhmədova Xənimət Əbdül Əli qızına qarşı Sumqayıt şəhəri Təcili Tibbi yardım xəstəxanasında başda Elxan adlı həkim olmaqla, belə demək mümkünsə həkim terroru baş vermişdir. Rüşvət qarşılığında öd daşından əməliyyat olunan anamız Əhmədova əvvəlcədən tam və düzgün müayinə edilməmiş, ayaqlarında tromblaşma olduğu, dopler müayinəsi edilmədən əməliyyata hazırlaşdırılmadan bizi aldadaraq əməliyyat olunmuşdur. Gecə saatlarında xəstədə nəfəs problemi yaranmışdır. Növbətçi həkim hərşey normaldır yazıb vəzifəsini qanunsuz tərk edib orada olmadığından, özbaşınalıq edən və özlərinin yazılmamış rüşvət rüsumu olan bir növbəlik haqqı 3 AZN-i vermədiyimizə görə heç bir köməklik göstərməmişdir. Əvvəl gündən bizidə xəstənin yanında yəni xəstəxana ərazisində qalmağa qoymadılar ki, heç nəyə ehtiyac yoxdur. Gecə nəfəsi kəsilib ölümcül vəziyyətə düşən anamız yanında İntensiv Terapiya palatasında yatan ölkəmizin parlaq tarixi şəxsiyyəti H.B.Zərdabinin nəvəsinin yanında qalası Hicran adlı qohumu anamın çarəsiz yalvarışlarına dözə bilməyib onun xahişi ilə xəstəxanadan enərək taksiylə aptekə gedərək təxminən 3-5 AZN dəyərində olan, lakin xəstəxanada olmayan ( yaxud da gizləndilər, rəhbərlik tərəfindən pulla satılan) kiçik nəfəs alma cihazı alıb gətirmiş və tibb bacısına ( növbətçi həkim evində yatmış olduğundan) xahiş edilmişdir ki, kömək etsinki təngnəfəs olan xəstənin ağzına nəfəs versin. Tibb – bacısı isə qəddarcasına heç yaxınada gəlməyərək öz təbirincə instruksiyasında yazılıb, oxu yerinə yetir də deyə cinayəyin təməlini möhkəmlətmişdir. Qonşu çarpayının xəstəsinin yanında qalan şəxsin ümüdünə qalan anamızın vəziyyətini bu cür ağırlaşdırıb ölüm həddinə gətiriblər. Bu zaman başqa palatanın həkimləri biganəliklə üzünə baxıb infarkt diaqnozu təyin edərək üç çarpayı dəyişərək işgəncəylə anamızı 1N-li xəstəxanaya köçürmüşlər. Əməliyyat edən Elxan rüşvətini alıb aradan çıxdığından, xəstəyə nəzarət etmədiyindən heç olmasa aldığı rüşvəti növbətçi həkimlə bölmədiyindən bu terrorun təməli qoyulmuşdur. Elxanı çətinliklə bir neçə gün sonra tapdıq öz səhvini etiraf etmədi, trombaemboliya qəti şəkildə olmadığını bildirdi. 1N-li xəstəxanada infarkt olmadığını, ağ ciyərlərdə əməliyyatın fəsadı olduğu bildirildi. Konsiliyanın baş həkimi bacısı üçün (o, məmur olduğundan) təşkil edilmişdir. Onun yanından çıxanda bizdə yalvardıq ki, bizim xəstəyədə baxsınlar 6 həkim hərəsinə 20 AZN sifariş verməklə baxdılar. Mən Tural bu pulu borc alaraq qardaşım Siyavuşa çatdırdımki həkimlərə çatdırsın. Elxan ilk aldığı 400 AZN bir, 150 AZN bir rüşvətin qarşılığında bildirdi ki, gərək növbətçi həkimə, tibb bacısına da hörmət edəydiniz ona görədə baxmayıblar.

Cənab Prezident ! Bütün ən xırda dərmanları, sarğını, şpirisi belə özümüzə aldıraraq bildirdilər ki, nazir dövlətin verdiyi dərmanları satıb yeyir, neyləyək bizdə məcburuq xəstənin yiyəsinə aldıraq. Cənab Prezident Sumqayıtdakı bu cür dəhşətləri ifadə etmək olmur, bunu ancaq görmək-yaşamaq əks etdirə bilər. Harınlamış, milli-ayrı seçkiliyi açıq ifadə edib başqalarına üstdən aşağı baxan vəzifəlilər insanlığa, dövlətə, hökümətə zidd hərəkətıərini çox kobudluqla və qorxmadan həyata keçirirlər. Qaçqın olduqlarını toxunulmaz olduqlarını deyirlər.

1N-li xəstəxananın şöbə müdiri Cabir həkim trombaemboliya diaqnozu təyin edib, 4000 AZN istədiki ya özələ aparın ya da biz müalicə edək yoxsa öləcək. Elxan isə bizin aldadadaraq adi nəfəskəsilmədən yaranan problem olduğunu deyib, qoyulan diaqnozu inkar edirdi. Bizdə bu cinayətkar əməllərə dözməyib Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib şikayət etdik. Bərxuda adlı bir şəxs gizli nömrəylə mənə zəng vurub hədə-qorxu gələrək nə üçün şikayət etdiyimi, geri zəng vurub əsəbi olduğumu, şikayətimin olmadığını bildirməyimi əmr etdi. Dedi sənin xəstənə pulmonoloq lazımdır oda Sumqayıtda yoxdur. Sən qaynar xəttə dediyimi de, mən şəhərdən pulmonoloq dəvət edəcəm. Mən onun bu çirkin, qeyri humanist, anti-milli əmrini yerinə yetirmədim. Gəlib Eldar həkimə (1N-li müavin) xahiş etdim ki, kömək edin anamız ölür. O da bildirdi ki, ancaq bizdə olmayan mütəxəsisi, çatışmayan vasitələri səhiyyə şöbəsi Bərxudar müəllim edə bilər. Bərxudar isə gizli nömrədən zəng vururdu, mən ona zəng vurub dərdimi deyə bilmədim. Cabirə isə anamın yanında ona təzyiq göstərib oksigeni ayırmaq istədiki niyə şikayət etmisiz, xəstənizin həyatı bizim əlimizdədir. Qəsdən damara kəpənək qoymayıb damarında iynəni eşiblərki, ölsün qaynar xəttə şikayət edib. Və anamın yanında iclas təşkil edib bizi reanimasiyaya çağırıb hay-küylə, dava dalaş salıb anamın səhhətini daha da ağırlaşdırdılar və ona mənəvi əzab verib öləcəksən, daha ömrünü yaşamısan qoy cavanlar yaşasın deyə işkəncə veriblər. Biz bunlara etiraz etdikdə Cabir bizim şərəf ləyaqətimizi, milli Azərbaycanlı mənsubiyyətimizi təhqir edib hədələdi. 600 AZN-lik dərmanları da özlərinə götürüb istifadə etmədilər. Elxan məni hədələyərək bütün Sumqayıtın onun yerliləri olduğunu, vəzifələrdə də Qubadlıların olduğunu gizlətmədi. Qaynar xəttə şikayətimizə gülərək Qaynar Xətt neyləyəcək ki, bizə o da özümüzünküdü dedi. Həqiqətəndə Bərxuda həkim üzə çıxmadı, baş həkimlər o qədər biganə yanaşdılar ki, heç onlara şikayətimiz çatmadı. Dedilərki onların yay istirahətini pozmaq olmaz. 4700 AZN bizə vurulan ziyan və alınan rüşvətin qarşılıgında Bərxuda öz hesabını alıb geri çəkildi və heç bir qanuni köməklik göstərmədi, bizi qəbul edib dinləmədi. Elxanda dost olduğunu dedi və hər şeyi ört basdır edib sənədləri saxtalaşdırdılar. Çünki, bunlar qruplaşmadır, dost-rüşvət ortağı, cinayətkar ortağı və s. Açıq aşkar bu dövlət xəstəxanaların bazar olduğunu gizlətmişlər, həqiqətən də elədir. Pul verməsən adamı elə ehmalla, elə məxfi, elə formada öldürərlərki, heç orqanda sübut edə bilməsin. Əvvəlcədən müayinədən əvvəl ən ağır diaqnoz qoyurlar, ölsə deyirlərki çox ağır idi, budur sənədlər. Sağalsa da çox pul alırlar ki, belə bir ölümcül xəstəni biz sağaltmışıq. Həmdə xəstəyə aldırdıqları dərmanı istifadə edib dövlət xəstəxanasdından ağır diaqnoz üçün dərmanlar silsinlər. Bu işlərdə rayon, şəhər səhiyyə şöbələrində ört basdır edirlər. Bərxuda müəllimin göstərişi ilə son gündə bütün həkimlər Elxanın vasitəçiliyi ilə oksigen sönülüb, lakin görünüşdə ağzında saxlayaraq bütün həkimlərin söndürülüb bir növü gizləndiyini görüb, konkret xəstəmizin öldüyünü dəqiqləşdirdik. Bütün qohum-dostlar, xəstələr buna şahid oldu. Bərxuda gizləndi Sumqayıt səhiyyəsi sanki yoxa çıxdı, qəsdən hərəkətsizlik göstərdilər. Biz bir qohum vasitəsi ilə zəng etdik səhiyyə nazirliyinə onlar da Bərxudanın onlara yanlış məlumatı əsasında dedilər ki, infarkt təsdiqlənməsə geri təcili yardıma qaytaracağıq. İnfarkt halbuki ilk gündən təsdiqlənmədi ciyər damarı problemi olduğu halda nə özləri yardım etmədi nədə ciyər instutu nə də başqa yerdən mütəxəsis dəvət etmədilər. Biz dedikki qoyun özümüz aparaq dedilər tərpətmək olmaz. Səhiyyə qaynar xəttindəndə dedilər ki, Bərxuda deyir tərpətmək olmaz. Həkim çagırmağa Bərxuda pul istədiyi məlum oldu. Biz bu cinayətlərin şahidi olub özəl klinikadan təcili yardım çağırdıq. Həmin gələn həkimlər oksigenin söndürüldüyünü və orada həkimlərin olmadığını görüb dəhşətə gəldilər. Xəstəxanada heç bir həkim olmadığından hətta xəstənin çıxarıldığını qeyd edən ona epikriz verəndə tapılmadı. Bərxudanın dediyi kimi xəstəni hətta daha da ağırlaşmasına baxmayaraq tərpərmək mümkün oldu. Bakı gətirilərkən ona oksigen verildi. Canilər isə birləşib havadarları ilə cinayətdən yayına bilmələri üçün özlərinə saxta müdafiə yolları tərtib edirlər. Belə ki, Elxan həmin özəl klinikayla gizli əlaqəyə girib təzyiq göstərərək onun səhvini açmamalarını tələb edir. Cabir tibb bacılarına zəng vurdurub guya çıxarışın öz razılığımızla oldugunu bildirməyimizi təkid edir. Elxan arxası, qohumları ilə bizi hədələyir.

Hal-hazırda xəstənin vəziyyəti ağırdır, yerləşdirildiyi son klinikadatam sübut olanda ki, bu həkimlərin (Sumqayıt Təcili Yardım 1N-li) səhvi, xətası, biganəliyi nəticəsində və ya qəsdən edilmişdir. Elxan da bizi hər gün ləngidərək xəstəni hansı məqsədlə öldürmək istəmişdirki sonra sağalsa onun səhvi üzə çıxmasın.

Qeyd edək ki, Sumqayıt səhiyyəsinin bizə, Anamıza qarşı terroru hələdə davam edir. Dövlətin ayırdığı pulu, təchizatı, dərmanı satıb talan edən Sumqayıt həkimlərinin cinayətlərinə ancaq Bərxuda gizli nömrədən zəng vuraraq vətəndaşa hədəylə geri zəng vurub səhvetdiyimi deməyisiylə cavab verir.

Konstutsiya hüquqlarımızın tam pozulması ilə baglı ciddi tədbir görülüb, dövlətə xəyanət edənlərin cəzalandırılmasını və dəymiş ziyanın, alınmış rüşvətin geri qaytarılmasına kömək etmənizi xahiş edirik ki, biz xəstəmizi bahalı ödənişli özəl xəstəxanada müalicə etdirək.

Təcili Tədbir götürülməsini xahiş edirik!!!

Yazıda adları qeyd edilən şəxslərin mövqelərini dinləmıəyə hazırıq.

Bu yazının surəti oluğu kimi sizlərə çatdırırıq:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Ramil Usubova

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri Cənab Eldar Mahmudova

Azərbaycan Respublikasının Səhiyyə Naziri Cənab Oktay Şirəliyevə

Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova

Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili Obudsman xanım Elmira Süleymanova

Azərbaycan Respublikasının İctimai siyasi hüquq qezeti ”XəbərXətti” redaksiyasına ”’XeberXetti.az” saytına göndərilmişdir.

Əgər Bu Dövlətdə, Bu Respublikada həqiqətən demokratiya varsa, insan hüquqları qorunursa bəs bu rəzalət nəyin göstəricisidir…


Mövzu diqqetimizdədir


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR