Goranboy rayonu sürətli inkişaf yolunda - FOTOLAR

7-08-2015, 15:30 1737 dəfə baxılıb

Goranboy rayonu sürətli inkişaf yolunda - FOTOLAR

















Belə yerdə yaxşı deyiblər: hər şey müqayisədə aşkara çıxır. Doğrudan da, Goranboy rayonunun son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən fakt, rəqəm və göstəriciləri təhlil edəndə, müqayisələr aparanda ürəkdən sevinməmək mümkün deyil. Məsələ burasındadır ki, rayonda inkişaf və yüksəlişi əks etdirən rəqəmlər aylar, illər deyil, az qala günlər, həftələr üzrə dinamik şəkildə inkişaf etmişdir. Daha bir maraqlı cəhət ondan ibarətdir ki, yüksəliş təkcə bir istiqamətdə deyil, bütün sahələri də əhatə etmiş, müntəzəm və ardıcıl xarakter daşımışdır

İqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş uğurlar, qazanılmış nəticələr isə göz qabağındadır. Yeri gəlmişkən, burada bəzi müqayisələr aparmaq yerinə düşərdi: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən illər ərzində 5 dəfə Goranboya tarixi səfər etmiş, görülmüş işlərlə yaxından tanış olmuş bir sıra müxtəlif təyinatlı obyektlərin açılışında, yaxud təməlqoyma mərasimində iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüşlər keçirmişdir. Həmin görüş və söhbətlər bu gün də goranboyluların yaddaşında əziz bir xatirə kimi yaşamaqdadır.

Onu da əlavə edək ki, ölkə Prezidenti həmin səfərlərdə görülüb başa çatdırılmış işlərə yüksək qiymət verməklə yanaşı, qarşıya həllivacib, təxirəsalınmaz vəzifələr də qoymuş, aydın hədəflər müəyyən etmişdir. Bütün bunlar adamların ruh yüksəkliyini, sabaha inamını daha da artırmış, bütün səy və imkanlar hərəkətə gətirilmişdir.

Oxucular üçün daha aydın olsun deyə, xatırladaq ki, 2003-cü illə müqayisədə ötən il rayon üzrə ümumi məhsul buraxılışının həcmi 28 faiz, o cümlədən sənayedə 28 faiz, kənd təsərrüfatında 23,4 faiz olmuşdur. Önəmlisi isə budur ki, əsas kapitala yönəldilmiş investisiya 37,3 dəfə, tikinti-quraşdırma işləri 61,2 dəfə artmışdır.

Goranboy rayonunun son illərdəki dinamik inkişafını əks etdirən rəqəm və göstəricilərə nəzər salanda adama elə gəlir ki, bu bölgə, sanki, tamamilə yenidən qurulub, tikilib, abadlaşıb. Bəzi xarakterik faktları birlikdə yada salaq. Goranboy şəhərində ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma işləri aparılmış və ona bitişik ərazidə 3 mərtəbəli, geniş və əzəmətli Heydər Əliyev Mərkəzi tikilmişdir. YAP rayon təşkilatı, Qaz istismar və su-kanal idarələri, Şahmat məktəbi, “Gənclər” parkı və Gənclər evi, üzgücülük hovuzu, 18 tibb məntəqəsi, 50 məktəb binası, qaçqın və məcburi köçkünlər üçün 12 yaşayış binası, 7 körpü...

Elə bilməyin ki, bütün bu sadaladıqlarımız son illər görülmüş işlərin hamısıdır. Xeyr! Biz burada onlardan yalnız bəzilərini qeyd etməklə kifayətləndik.

Bəli, Goranboy öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İndi bütün səy və imkanlar, əlavə ehtiyat mənbələri hərəkətə gətirilmiş, qarşıda duran vəzifələrin, müəyyən edilmiş hədəflərin uğurla icrasına yönəldilmişdir. Görüşdüyümüz və söhbət etdiyimiz rayon sakinləri — ağsaqqallar, ziyalılar, gənclər iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurlar, yaradılmış şərait, gündəlik diqqət və qayğı üçün, ilk növbədə, ölkə başçısı İlham Əliyevə öz səmimi təşəkkür və minnətdarlıqlarını bildirdilər. Onlar bu qayğıya konkret əməli işlə cavab verəcəklərini bəyan etdilər.

Goranboy rayonu sürətli inkişaf yolunda - FOTOLAR
Goranboy rayonu sürətli inkişaf yolunda - FOTOLAR
Goranboy rayonu sürətli inkişaf yolunda - FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR