Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!

9-10-2022, 11:57 70 dəfə baxılıb

Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!



08 Oktyabr 2022-ci il tarixində torpaqlarımızın düşmən işğalından azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən 44 günlük Vətən Müharibəsi döyüşlərində qəhramancasına döyüşərək şəhid olan Səmədov Hüseyn Müşviq oğlunun anım mərasimi Ağsu rayonunda qeyd edildi.
Tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon sakinləri iştirak edib.
İlk öncə şəhidimizin Ağsu rayon Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunaraq, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxundu. Tədbirdə çıxış edənlər şəhid Hüseyn Səmədovun keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs ediblər. Daha sonra tədbir şəhidimizin yaşadığı evdə təşkil olunmuş ehsan süfrəsi ilə davam etdirildi.
Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Şəhid Hüseyn Səmədov 1997-ci ilin avqust ayının 30-da Ağsu şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. 08.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Hüseyn Səmədov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!
Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!
Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!
Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!
Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!
Vətən uğrunda canından keçən oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR