Serbiyanın baş naziri daş-qalaq edilib - VİDEO

12-07-2015, 15:06 749 dəfə baxılıb

Serbiyanın baş naziri daş-qalaq edilib - VİDEO
















Potoçari memorial kompleksində keçirilən anım mərasimində

Bosniyanın Srebrenitsa şəhərində səfərdə olan Serbiyanın baş naziri Aleksandr Vuçiç 1995-ci ildə Serbiya ordusunun yerli müsəlman əhalisinə qarşı törətdiyi kütləvi qırğın qurbanlarının anım mərasimində daş-qalaq edilib.

azinfo.tv xarici KİV-ə istinadən xəbər verir ki, on minlərlə insan II Dünya Müharibəsindən sonra Avropada ən kütləvi qəddar qətliamın 20-ci ildönümünə qeyd etmək üçün Bosniya şəhəri yaxınlığındakı qəbiristanlığa toplaşıb.

Potoçari memorial kompleksində keçirilən anım mərasiminə qatılan baş nazirə atılan daşlardan biri onun başına dəyib. Serbiya nümayəndə heyəti təcili ərazini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, insident baş nazirin məzarlığa gül çələngi qoyduğu an baş verib.

Polis hadisəyə müdaxilə edib, hücum edən şəxslərin saxlanıldığı bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR