“Sizi vuranda terror, bizi vuranda demokratiya olur”

27-07-2015, 13:12 736 dəfə baxılıb

“Sizi vuranda terror, bizi vuranda demokratiya olur”


















"Qərb riyakar və ikiüzlüdür. Şamda döyüşən qruplara son vaxtlar dəstək artıb. Onlar Qərb ölkələrini vuranda terror hesab edilir, bizi bombalayanda inqilab, demokratiya, insan haqları deyirlər"

Bu fikirləri Suriya Prezidenti Bəşər Əsəd səsləndirib. Regionda cərəyan edən son hadisələrə toxunan ölkə başçısı vurğulayıb ki, terrorizmə qarşı mübarizədən başqa yol qalmayıb.

Onun sözlərinə görə, Suriya böhranının həlli yalnız uğurlu anti-terror əməliyyatlarından asılıdır.

"Suriyada 2011-ci ildən müxtəlif qanunsuz silahlı birləşmələr döyüşür. İlk vaxtlarda Suriya ordusuna qarşı savaş açan bu qüvvələr indi həm də bir-biri il döyüşür. Bu silahlı təşkilatlar əsasən radikal islamçılardan təşkil olunub. Onların sırasında avropalı döyüşçülər də yer alıb. Əsəd rejiminə qarşı xalqın etirazları ilə başlanmış proseslər istiqamətini dəyişərək ölkəni terrorçu qüvvələrin poliqonuna çevirib. Suriyada minlərlə dinc insan qətlə yetirilib, edam olunub, ölkədən yüz minlərlə didərgin düşən var".musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR