Ər-arvad dalaşdı, köməyə gələn ata ətçəkənlə kürəkəni xəstəxanalıq etdi

30-10-2019, 10:09 297 dəfə baxılıb

Ər-arvad dalaşdı, köməyə gələn ata ətçəkənlə kürəkəni xəstəxanalıq etdi

Goranboyda ailə münaqişəsi zəmnində 33 yaşlı kişi döyülüb.

Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı i il təvəllüdlü Quliyev İsmayıl Heydər oğlu həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın atasını evə dəvət edib. Nəticədə, qayınata və kürəkən arasında əlbəyaxa dava düşüb. Qayınata ət maşınının dəmiri ilə İ.Quliyevin başından zərbə vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Mehman ƏşrəfovOxu.Az-a açıqlamasında bildirib ki, İ.Quliyev qapalı kəllə-beyin travması alıb. Müayinə edildikdən sonra müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR