Maşını molla tərəfindən dualandığına görə kəmərsiz gəzən polis gülüşlə qarşılandı...

16-12-2019, 18:58 235 dəfə baxılıb

Maşını molla tərəfindən dualandığına görə kəmərsiz gəzən polis gülüşlə qarşılandı...

Deyir ki, mollanın “duası” kəmərdən daha etibarlıdır...


Sükan arxasında kəmər bağlamaması səbəbindən yol polisi tərəfindən saxlanılan bir sahə müvəkkili bunu maşınının “molla tərəfindən dualanmasıyla” izah edib.

Moderator.az xəbər verir ki, Tatarıstanda baş vermiş bu əndrəbadi olay haqda Rusiyanın “Polis ombudsmanı” teleqram-kanalı məlumat yayıb. Sahə müvəkkili rəhbərliyə yazdığı izahatda avtomobilinin “molla tərəfindən dualandığı üçün” kəmərsiz gəzdiyini bildirib. Onun sözlərinə görə, “Vaz-2107” markalı avtomobilin kraş-testindən bəlli olub ki, bu maşında qəza zamanı sürücünün sağ qalma, şansı demək olar ki, yoxdur. Odur ki, polis öz maşınını məşhur mollalardan birinə “dualadıb”. Və indi hesab edir ki, mollanın duası kəmərdən daha etibarlıdır.

Sahə müvəkkilinin bu davranışı sosial şəbəkələrdə gülüşlə qarşılanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR