Özümü azərbaycanlı kimi hiss edirəm...

3-06-2019, 07:23 331 dəfə baxılıb

Özümü azərbaycanlı kimi hiss edirəm...

11 il Azərbaycanda çıxış edən braziliyalı futbolçu Denis Silva etiraf edib ki, özünü azərbaycanlı hiss edir.

Bunu Azərbaycanın "Keşlə" futbol klubunun keçmiş oyunçusu öz Instagram səhifəsində yazıb.

33 yaşlı braziliyalı futbolçu Topaz Premyer Liqasının klubu ilə müqaviləni yeniləməyib və 11 il sonra ailəsi ilə birlikdə Azərbaycanı tərk etmək qərarına gəlib. Özünün vida postunda Silva Azərbaycanda keçirdiyi 11 ilə görə hamıya təşəkkür edib.

Braziliyalı futbolçu yazıb:

"Bu müddətdə biz çoxlu şeylər öyrəndik, çoxlu dostlar tapdıq. Ən əsası isə bu ölkədə keçirdiyimiz hisslərdir. Biz burada özümüzü evdəki kimi hiss etdik və xoşbəxt olduq. Təəssüf ki, bu yeri tərk etmək zamanı gəldi, bir dövr başa çatdı."

Silva qeyd edib ki, özünü azərbaycanlı kimi hiss edir:

"Bilmirəm, burada qoyub getdiyimiz adamlar məndən ötrü darıxacaqlarmı, amma bilirəm ki, biz ikinci vətənimizdən ötrü dəqiq darıxacağıq. Çünki biz özümüzü azərbaycanlı hiss edirik. Bu ölkə bizim tariximizin bir hissəsi olub. Nəhayət, biz burada nikah bağlamışıq, Azərbaycanda qızımız dünyaya gəlib. Azərbaycan hər zaman bizim qəlbimizdə olacaq."

Qeyd edək ki, Denis Silva ilk dəfə Azərbaycanda 2008-ci ildə oynayıb. Həmin vaxt "Xəzər-Lənkəran"la müqavilə bağlayıb və 2010-cu ilə qədər bu klubun heyətində çıxış edib. Sonrakı beş mövsümü (2010-2015) "Neftçi"nin heyətində keçirib. 2015-ci ildə öz karyerasını Azərbaycanın "İnter" klubunda davam etdirib. 2017-ci ilin oktyabrında isə "Keşlə"yə transfer olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR