"Biz istəyirik ki, Mesut burada özünü evindəki kimi hiss etsin"

25-07-2018, 13:26 350 dəfə baxılıb

"Biz istəyirik ki, Mesut burada özünü evindəki kimi hiss etsin"

Əminəm ki, o, böyük bir mövsümü bizimlə birlikdə keçirəcək.
Arsenal"ın baş məşqçisi Unai Emeri Sinqapurdakı mətbuat konfransı zamanı Mesut Özilin Almaniya millisindəki vəziyyəti ilə əlaqədar açıqlamasında deyib.

"Özil artıq Almaniya millisində oynamayacağı qərarını verib. Komanda hər bir oyunçuya ailə kimidir. Hamımız istəyirik ki, Mesut da bizimlə birlikdə olduğu zaman özünü ailəsindəki kimi hiss etsin. O, bizimlə hər gün burada çalışa biləcəyini hiss edir, bu, bizim üçün də yaxşıdır ki, o, bura gəlib bizimlə birlikdə oynamaq qərarına gəldi".

Özilin qərarı ilə razı olub-olmadığı haqqındakı suala U.Emeri "Məsutdan çox razıyam, həmçinin oyunçular bir araya gəldiyi zaman Məsut onların hər birinə hörmət etməyi bacarır" cavabını verib.

Baş məşqçi futbolçunun Almaniya millisi ilə bağlı qərarına isə "Bu Mesutun şəxsi qərarıdır və mən qərarına hörmətlə yanaşıram" deyib.

Məsutun psixoloji olaraq hazır olub-olmadığı barədə sualı U.Emery belə cavablayıb:

"Yüksək təcrübəyə və keyfiyyətlərə malikdir, biz komandada onun özünü yaxşı hiss etməsinə və bacarıqlarını bizimlə paylaşmasına kömək edəcəyik. Əminəm ki, o, böyük bir mövsümü bizimlə birlikdə keçirəcək".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR