PSJ-dən 32 milyonluq transfer

31-07-2019, 15:38 346 dəfə baxılıb

PSJ-dən 32 milyonluq transfer
Fransanın PSJ klubu yeni transferini açıqlayıb.

Xəzərəbər klubun saytına istinadən xəbər verir ki, Paris təmsilçisi "Everton"un yarımmüdafiəçisi İdrissa Qana Qeyeni transfer edib. Seneqal millisinin üzvü ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb. Parislilər bu keçid üçün Liverpul klubuna 32 milyon avro təzminat ödəyib. Qeye yeni klubunda 27 nömrəli forma altında çıxış edəcək.

29 yaşlı dayaq yarımmüdafiəçisi 2016-cı ildə "Aston Villa"dan 8,5 milyon avro qarşılığında "Everton"a keçmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR