PSJ "Sevilya"nın futbolçusunu transfer etdi
![]()
Fransanın PSJ klubu yeni transferini açıqlayıb.
Parislilər "Sevilya"nın hücumameyilli yarımmüdafiəçisi Pablo Sarabiyanıtransfer edib. 27 yaşlı ispaniyalı futbolçunun keçidi üçün əndəlüsiyalılara 19,5milyon avro təzminiat ödənilib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Sarabiya 2016-cı ildə "Xetafe"dən "Sevilya"ya keçmişdi.