Koutinyo ingilis nəhənglərinin hədəfində

1-04-2019, 16:53 296 dəfə baxılıb

Koutinyo ingilis nəhənglərinin hədəfində


Əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün "Barselona"dan ayrılmaq istəyən Filippe Koutinyo ingilis klublarının diqqət mərkəzindədir.

"Mançester Yunayted" və "Çelsi" braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. London klubuna transfer qadağıası qoyulduğundan "qırmızı şeytanlar"ın 26 yaşlı futbolçunu almaq şansları daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, bu mövsüm "Barselona"nın heyətində 41 oyun keçirən Koutinyo 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR