24 yaşında bir gecədə 3,8 milyard dollarlıq sərvət qazandı

28-10-2019, 08:45 239 dəfə baxılıb


24 yaşında bir gecədə 3,8 milyard dollarlıq sərvət qazandı

Honq Konglu bir ailə ABŞ-da Pensilvaniya Universitetindən yeni məzun olan 24 yaşlı oğullarına hədiyyə olaraq şirkətlərinin 3,88 milyard dollarlıq hissəsini verib. Gənc oğlan beləliklə dünyanın ən zəngin 550 adamından biri olub.

Moderator.az xəbər verir ki, şirkətin etdiyi açıqlamada səhmlərin beşdə birinin Erik Tse adlı gəncə təhvil verildiyi bildirilib.

Ailəsinin ən az beş şirkətinin idarə heyətində direktor kimi çalışan və ildə 500 min dollar maaşı olan Erik Tse məzun olduğu universitetin jurnalındakı müsahibəsində " Ailəm və böyüklərim məndəki potensialı gördü və heç bir qarşılıq gözləmədən mənə bu sərvəti hədiyyə etdi" deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR