İstanbul seçkisinin ləğvi ölkəni niyə silkələyir?

8-05-2019, 11:53 311 dəfə baxılıb

İstanbul seçkisinin ləğvi ölkəni niyə silkələyir?


Daha əvvəl Türkiyədə bələdiyyə seçkilərinin nəticələrinin ləğv olunması barədə məlumat oxuduğum ədəbiyyatda qarşıma çıxmayıb. Amma bu, o demək deyil ki, Türkiyədə seçki nəticələri nə vaxtsa ləğv edilməyib. Ola bilər ki, belə hadisə yaşanıb, amma bu qərar əhəmiyyətsiz kimi görsənib və heç kim etiraz etməyib.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev Türkiyə Ali Seçki Qurumunun İstanbulda keçirilən böyükşəhər bələdiyyə seçkilərinin nəticəsini ləğv etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, İstanbul bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə səbəb kimi səslərin saxtalaşdırılması deyil, seçki dairələrinin tərkibi göstərilib:

“AKP-nin şikayəti seçki dairəsi üzvlərinin qanunauyğun formalaşmamasıyla bağlı olub. Onların bu iddiasına görə bələdiyyə seçkilərinin nəticələri ləğv olunub. Əkrəm İmamoğlunun etirazı da o oldu ki, prezident seçkiləri də, Konistitusiya üzrə dəyişikliklər də seçki dairələrinin eyni tərkibiylə baş tutub. Buna görə, həmin seçkilərin də etibarsız sayılmasını tələb edib”.

Politoloq Türkiyən Ali Seçki Qurumunun qərarının ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini bildirib:

“İstanbul Türkiyənin ümumdaxili məhsulunun 40 faizini təşkil edir. Çox vacib maliyyə mərkəzlərindən biridir. İstanbul bələdiyyəsi maliyyə yükü çox böyük olan şəhərdir. Hətta onun büdcəsi bəzi dövlətlərin büdcəsindən daha böyükdür. Dolların bahalaşmasına səbəb isə ölkədəki sabitsizlikdir. Təbii ki, investorlar bir seçkinin ləğviylə Türkiyəni tərk etməyəcəklər. Lakin bu hadisələr ölkənin investisya indeksini aşağı salır. Deyilənə görə, seçki nəticələrinin ləğvindən sonra Türkiyə Mərkəzi Bankı dünən 400 milyona yaxın dollar satıb. İnsanlar düşünürlər ki, iqtisadi böhran daha da dərinləşə bilər. Bu da öz növbəsində dolların qiymətini artıran faktor kimi ortaya çıxır”.

İqtisadçı alim Vüqar Bayramov isə İstanbuldakı seçki nəticələrinin ləğviylə Türkiyədə dolların daha da bahalaşacağını bildirib:

“Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda, əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR