Sosial şəbəkədə qadını şantaj edən şəxs tutuldu

26-09-2015, 14:19 875 dəfə baxılıb

Sosial şəbəkədə qadını şantaj edən şəxs tutuldu




















Faktla bğalı araşdırma aparılır

Azərbaycanda qadından şantaj etməklə pul tələb edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, Gəncə şəhər sakini Ş.M Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edərək, həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkələrdə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələyib pul tələb etdiyini bildirib.

Ş.M qeyd edib ki, bu ilin iyul ayından sentyabr ayına qədər A.Məcməddinov onun 7000 manat pulunu və qızıl zinət əşyalarını alıb. Sonuncu sentyabrın 25-də yenidən 530 manat pul tələb edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılıb.

Faktla bğalı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR