Məhkəmədə 2 min cərimələnən şəxs Azər Babayevdən əl çəkmir

26-04-2019, 10:40 767 dəfə baxılıb

Məhkəmədə 2 min cərimələnən şəxs Azər Babayevdən əl çəkmir


Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.
Məsələn götürək Siyəzən bələdiyyəsinin sədrı Azər Babayevin guya saxtakar olması haqda bir sıra saytlarda gedən məqalələrə.
Azerinfo.tv bildirir ki, bu məqalələr Siyəzən şəhəri, Vidadi küçəsi ev 45-də yaşayan Zeynalov Sabir Mabetdin oğlu tərəfindən redaksiyalara göndərilmiş “şikayət” əsasında verilib.
Sabir Zeynalov bələdiyyə sədrini iyəzən rayon sakini Səlimov Müslüm Qarabəy oğlu ilə gizli yolla əlaqəyə girməklə, Müslüm Səlimovun adına olan ilkin torpaq icarə müqaviləsində 40 kv.m. torpaq sahəsi olduğu halda, sonradan saxta yolla torpaq sahəsi əlavə edərək 47 kv.m. etməsi kimi cinayət xarakterli əməllər törətməkdə və s ittiham edir.
Əvvala bu məsələni KİV-lər daha dərindən araşdırmalı idi.
Axı, mıəhz bu məsələyə, vətəndaş Sabir Zeynalovun yalan məlumatlar, böhtan xarakterli yazılar yazmasına görə bələdiyyə sədri Azər Babayev və Müslüm Səlimov məhkəməyə müraciət ediblər. Məhkəmə yolu ilə Sabir Zeynalovun böhtan atması təsdiqlənib. Yerli məhkəmə onu 2000 manat civarında cərimələyib. Qətnamədən yuxarı instansiyaya şikayət verib. Bu ilı fevralın 11-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yəni 2 min manat cərimə ödənməlidir. Hazırda Sabir Zeynalov hökmdən Ali Məhkəməyə şikayət edib. Bu onun hüququdur. Son instansiya da hökmü qüvvədə saxlasa mütləq qaydada cəriməni ödəyəcək.
Yəni Sabir Zeynalov məhkəmə predmeti olan mübahisəli məsələni yenidən ictimailəşdirərək bələdiyyə sədri və başqa bir vətəndaşın yenidən imicinə zərbə vurub.
Qeyd edək ki, Sabir Zeynalov rayonda konflikti sevən adam kimi xarakterizə olunur. Bir müddət əvvəl o doğma qardaşı Güləddin Zeynalovdan rester komitəsinə şikayət edib, daha sonra işə polis qarışaraq qardaşını cəzalandırıb.Həmən məsələ də torpaq üstündə olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR