Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...”

27-01-2020, 12:25 242 dəfə baxılıb

Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...”

“Son günlər səhhətimdə müəyyən problemlər yaranıb. Bir az xəstələnmişəm. Görünür, havaların soyuq keçməsindəndir”.

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov deyib.

Ayaz Mütəllibov həmçinin ölkədəki seçki prosesindən də danışıb.

“Düzü, budəfəki parlament seçkilərini izləyə bilmirəm. Proseslərdən də xəbərsizəm. Heç dünyada gedən prosesləri də izləyə bilmirəm. Həkimim məsləhət görüb ki, bir müddət siyasi gündəmi izləməyim. Ancaq zamanı gələndə mən də seçkilərlə bağlı mövqeyimi bildirəcəm. İndi danışmasam da olar”, - deyə eks-prezident bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR