Ağsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLAR

17-01-2020, 23:01 386 dəfə baxılıb

Ağsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLAR


87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə şanslı namizəd Ayaz İlyas oğlu Qocamanov bu gündən seçki təşviqatına start verib. Qərərgahın informasiya mərkəzindən verilən məlumata görə, səhər saatlarında geniş tərkibli iclas keçirilib, bütün heyət təlimatlandırılıb.
Könüllülərdən ibarət olan qərargah üzvlərinin iştirak etdiyi toplantıda bu günə qədər həyata keçirilən işlər barədə məlumat verilib, təbliğat günlərinin planı hazırlanıb.

İddialı namizəd Ayaz Qocamanov çıxış edərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Bizi qarşıda çox məsuliyyətli günlər gözləyir. Böyük komanda ilə ciddi təbliğat kampaniyasına başlamışıq. Bütün imkanlarımız səfərbər olunub, müxtəlif təbligat vasitələri hazırlanıb, seçicilərlə görüşlər planlaşdırılıb”.

Rayonda böyük nüfuza malik gənc iqtisadçının platformasında seçicilərin gələcək rifahının yaxşılaşdırılması istiqamətində ciddi planlar yer alır. Təşviqat kampaniyasında rayonun 100-dən artıq gənc könüllüləri iştirak edir. Rayon ağsaqqalları, ziyalılar, qazilər və gənclər Ayaz Qocamanova könüllü dəstək aksiyasına başlayıblar.

Artıq seçiciləri ilə görüşlər keçirən Ayaz Qocamanov problemləri dinləyir, həlli istiqamətində məsləhətləşmələr aparır.
Namizəd Ayaz Qocamanov diğər rəqiblərinə seçki təbliğatı zamanı səmimi, şəffav və düzgün mübarizə aparmalarını arzu edib.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanovun seçki qərərgahı Ağsu rayonu, Azərbaycan küçəsində (Heydər Əliyev parkının yaxınlığı) yerləşir.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış merketinq mütəxəsisidir.

Ağsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLARAğsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLARAğsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLARAğsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLARAğsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLARAğsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR