Sumqayıtda 51 saylı uşaq baxçasında nələr baş verir: icra hakimiyyəti niyə susur?

31-01-2016, 16:33 893 dəfə baxılıb

Sumqayıtda 51 saylı uşaq baxçasında nələr baş verir: icra hakimiyyəti niyə susur?












Son günlər təhsil müəssələrində müəllim-şagird münasibətlərində yaranan xoşagəlməz hadislərin şahidi olduq. Dosye.org xəbər verir ki, məlumat Uluyol.info-nun elektron ünvanına Sumqayıt şəhər 51 saylı uşaq baxçasından daxil olub. Valideynin göndərdiyi şikayətdə vəziyyətin son dərəcə acınacaqlı olduğu bildirilir.Şikayəti oxucularımıza təqdim edirik:

“Hörmətli redaksiya sizə yazmağımda məqsədim, övladlarımızın sağlamlığının təhlükədə olmasıdır. Beləki, Sumqayıt şəhəri 51 saylı baxçada vəziyyət son dərəcə çətinləşib. Dərdimizi demədiyimiz ünvan, döymədiyimiz qapı qalmayıb. Uşaqlara xidmət göstərmələri müqabilində 20-50 manat pul yığılır. Bu da qanuvericiliyimə ziddir.Uşaqlara demək olar ki , yemək vermirlər. Uşaqlara əziyyət verirlər. Bu soyuqlu-şaxtalı havada kombini söndürüblər. Biz soyuğa dözə bilmədiyimiz halda, körpə məsum balalar necə tab gətirsin. Uşağı baxçadan götürəndə soyuqdan danışada bilmirlər. Məsələ ilə bağlı valideynlər fərdi olaraq bir neçə dəfə Sumqayıt İcra Hakimiyyətinə şikayət etmişik. Bütün şikayətlərə baxmayaraq baxça rəhbərliyi elə öz bildiyi kimi edir. Sanki şikayətlərimiz acığın balalarımızdan alırlar. Uşaqların sağlamlığı ilə oynamaq insanlığa yaraşan bir şey deyil.

İcra hakimiyyəti baxça rəhbərliyindən ötən həftə 30 min alıb və deyiblər “get,öz bildiyin kimi et”. Belə dərd olar? Şəhərimizin rəhbərliyi aldığı pulun müqabilində baxça rəhbərliyinə deyirsə əgər gedin bildiyiniz kimi edin. İndi biz hara müraciət edək?Sizə yazmağımda da məqsədim, məsələni ictimailəşdirin və qoy bilsinlər ki,vəzifəyə təyin olunmuş insanlar dövlətin maraqlarına qanunlarına ,məsum balalara necə xor baxırlar”

P.S.Övladının həmin baxçada olması səbəbi ilə valideyn adının gizli qalmasın istədi.Hər halda məsələ araşdırılmalıdır.Redaksiya olaraq qarşı tərəfə də söz haqqı tanıyırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR