Azərbaycanda icra başçısının qardaşı oğlu həbs olundu - Dələduzluğa görə

28-11-2016, 20:02 620 dəfə baxılıb

Azərbaycanda icra başçısının qardaşı oğlu həbs olundu - Dələduzluğa görə















Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Bu barədə hüquq müdafiəçisi Adəm Məmmədov deyib. Vəkil Yunis Abdullayevin hazırda Kürdəxanı təcridxanasında saxlanıldığını bildirib:

"Bu barədə mətbuata məlumat verilməmişdən əvvəl məhkəmə həbs qəti imkan tədbiri seçilmişdi. 3 aydan sonra məhkəmə həbs müddətini uzatmadığına görə o, azad olunmuşdu. Sonra digər epizodlar ortaya çıxdı. Həmin epizodlara görə, Yunis Abdullayev 11 noyabrda məhkəmənin qərarı ilə həbs olunub”.

Yunis Abdullayevin dələduzluqda ittiham olunduğu bildirilir. /AzNews.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR