Bakıda ata olmağa hazırlaşan şəxs özünü yandırdı – VİDEO

8-10-2015, 10:17 830 dəfə baxılıb

Bakıda ata olmağa hazırlaşan şəxs özünü yandırdı – VİDEO

















“Mən onu dilə tutub aşağı salacaqdım...”

Bakının Binəqədi rayonunda 27 yaşlı Məmmədov Ələkbər Zahid oğlu üstünə benzin tökərək özünü yandırıb.

ANS TV xəbər verir ki, mərhum qonşusu ilə torpaq üstündə məhkəmə çəkişməsində olub, sonda Ali Məhkəmə qonşunun xeyrinə qərar çıxarıb, dünən isə Binəqədi rayon məhkəmə icraçıları məhkəmə qətnaməsinin icrası üçün gəliblər.

İcraçıların söküntü fikrinin ciddi olduğunu görən Ələkbər benzin götürüb yuxarı qalxıb və özünü yandıracağını deyib. İcraçılardan biri isə orda olan FHN əməkdaşlarına deyib ki, onu düşürün aşağı, verin polisə aparsınlar.

Mərhumun qohumu Kövsər xanım bildirir ki, “mən onu dilə tutub aşağı salacaqdım, amma icraçının sözündən sonra özünə od vurdu”.

Özünə od vuran Ə.Məmmədov bir qədər əvvəl dünyasını dəyişib. 5 ildir ki, evlənən mərhum ata olmağa hazırlaşırdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR