Gürcüstan elektrik enerjisinin idxalını azaltmaq niyyətindədir

11-06-2019, 16:08 30 dəfə baxılıb

Gürcüstan elektrik enerjisinin idxalını azaltmaq niyyətindədir


Son 2 ildə Gürcüstan elektrik enerjisinin idxalını təxminən üç dəfə artırıb. Bu, energetika sektoru üçün çox ciddi siqnaldır.

Bu sözləri jurnalistlər müsahibəsində Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri İrina Milorava deyib.

Onun sözlərinə görə, Gürcüstan elektrik enerjisinin idxalını yerli istehsal hesabına azaltmalıdır. Ölkənin energetika sektorunda ən əsas problem idxalın artmasıdır.

"İdxalın həcmi daxili istehsal hesabına azaldılmalıdır. Bu, növbəti illər üçün əsas vəzifə olmalıdır”, – deyə o vurğulayıb.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Gürcüstan 613,88 milyon kilovat/saat həcmində elektrik enerjisi idxal edib. Bunun da 539,446 milyon kilovat/saatı (87,8 faiz) Azərbaycanın payına düşüb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR