Elxan Rüstəmli vətəndaşları dövlətdən narazı salır- İMİŞLİDƏ MƏMUR ÖZBAŞINALIĞI

10-07-2019, 18:13 480 dəfə baxılıb

 Elxan Rüstəmli vətəndaşları dövlətdən narazı salır- İMİŞLİDƏ MƏMUR ÖZBAŞINALIĞI


Əziz oxucular, ölkəmizdə bütün sahələrdə inkişaf, irəliləyiş var, iqtisadiyyatımız, mədəniyyətimiz, sosial vəziyyətimiz, bir sözlə, dövlətimiz sürətlə inkişaf edir, hər şey də göz qabağındadır. Lakin bu məmləkətdə tək bir şey çatışmır - o da ölkədə məmur özbaşınalığına son qoyulmamasıdır, məmurların xalqa qarşı kobudluğudur, dövlətin sahibi olan xalqa qarşı edilən təhqirdir, həqarətdir.


Bu həyacanlı sətirləri məni yazmağa vadar edən də redaksiyamızın poçtuna məmur həyasızlığından bəhs edən, ölkənin hər tərəfindən gələn saysız - hesabsız şikayət və etiraz məktublarıdır.

Bu məktublarda bütöv bir millətin harayı, imdad çağırışı, məzlum səsi gəllir. Məktublardan birini İmişli rayonundan almışıq. Bu məktubda bir məmurun özbaşınalığıdan, dövlət vəzifəsinə şəxsi mülkiyyəti kimi baxmasından, vətəndaşı insan yerinə qoymamasından, rüşvətin hələ də həlledici rolundan bəhs olunur. Çox güman ki, məmurların xalqa qarşı belə ədslətsiz davranmsının davam edəcəyi təqdirdə, xalq da susmayacaq və haqqını əldə etmək üçün daha radikal metodlara əl atmağa məcbur olacaq.

Halbuki ölkə Prezidenti cənab İlham Əliyev dövlət vəzifəsini icra edənlərin xalqa xidmət etməli olduğunu dəfələrlə deyib...

Lakin bəzi məmurlarda özündən müştəbehlik hələ də qalır və bu hal özünü çox eybəcər formada təzahür edir. İmişlidən daxil olan şikayət məktubunda müştəbehliyin belə bir nümunəsindən bəhs olunur. Məktubda qeyd olunur ki, İmişli Məşğulluq Mərkəzinn direktoru Elxan Rüstəmli rəhbərlik etdiyi qurumun fəaliyyətindən narazılıq edən vətəndaşlara bir cümlə ilə cavab verir: "Get, kimə istəyirsən, şikayət et!"

Əslində, idarə rəhbərinin çəkinmədən işlətdiyi bu ifadə özbaşınalığın, məsuliyyətsiz davranmanın son həddidir. Elxan Rüstəmlinin vətəndaşın etirazına verdiyi cavabdan belə anlaşılır ki, o, artıq ölkədə cəzasızlıq mühitinin mövcudluğunu müəyyən edib. Əslındə isə, belə deyil. Hər bir qanun pozuntusunun, o cümlədən özbaşınalığın məlum ağır cəzası var. Bu məsələ ilə bağlı əlimizdə xeyli ciddi məqamlar və nümunələr var.

Məktub sahibi, İmişli rayon sakini Nəcəfov Sərraf Polu oğlu bildirir ki, 2017-ci ildən özünəməşğulluq proqramına uyğun olaraq İmişli Məşğulluq Mərkəzində növbədə dursa da, ondan sonra növbəyə yazılanlar iri və ya xırda buynuzlu heyvanlarla təmin edildikləri halda, o, hələ də növbə gözləyir.

Sərraf Nəcəfov onunla əlaqə saxlayan müxbirimizə bildirdib ki, məndən sonra növbəyə yazılanlar Mərkəz direktorunun şəxsi maraqları üzərindən istədiklərinə nail olurlar. “2018 - 2019-cu illərdə növbəyə duranlar artıq çoxdan Elxan Rüstəmovun “xeyir-duası” ilə öz şəxsi təsərrüfatlarını yaradıblar. Lakin hər dəfə mənim müraciətimə Mərkəz direktoru laqeyidliklə “vermirəm, get, kimə istəyirsən de!” – deyə cavab verir.”

Şikayətçinin sözlərinə görə, mərkəz direktorunun hərəkətlərindən o qənaətə gəlmək olar ki, məhz bu məmur yerində deyil və şikayətçi vətəndaşlarla davranış qaydalarını pozur və münasibətlərdə həddini çox aşır..

Biz artıq belə şikayətlərdən hələlik birini nazirə və ictimaiyyətə təqdim etdik.

Qaldı cənab nazir Sahil Babayevin bu şikayəti nəzarətə götürüb, vətəndaşın şikayətində qoyulan problemi araşdırması və Elxan Rüstəmlinin Məşğulluq Mərkəzini şəxsi mülkiyyəti kimi idarə etməsinə münasibət bildirməsi.

Gözləyək, görək cənab nazir kimi haqlı çıxaracaq - vətəndaşı, yoxsa direktor?!.

P.S. CƏNAB PREZİDENTİN MƏMURLARA "XALQIN QULLUQÇUSU OLUN, NÜMUNƏVİ DAVRANIN" SÖZÜ DEYƏSƏN İMİŞLİYƏ ÇATMAYIB HƏLƏ.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR