İsmayıllı telekomnikasiya qovşağının Elxan Əliyev əməliyyatları

31-10-2015, 13:38 867 dəfə baxılıb

İsmayıllı telekomnikasiya qovşağının Elxan Əliyev əməliyyatları












Redaksiyamıza İsmayıllı rayon telekomnikasiya qovşağında işləyən rayon sakini tərəfindən məktub daxil olub. Məktubda müdir Elxan Əliyevin qanunsuz əməllərindən bəhs edilir

Mənbə eyni zamanda məktubunda bildirir ki, kollektivdə onun kimi hüququ pozulan istənilən qədər işçilər var. Əgər mənim kimliyimi gizli saxlayacaqsınızsa mən sizə müdir Elxan Əliyevin qanunsuz əməllərini sübut edəcək idarəyə məxsus bir sıra sənədləri təqdim edə bilərəm. Qərar aldıq ki, şikayətçi vətəndaş həmin sənədləri təqdim etsin, sonra bu mövzuya geniş şəkildə toxunaq. Biz şikayətçiyə bildirmək istəyirik ki, tam şəkildə arxayın ola bilər ki, biz onun kimliyini gizli saxlayacağıq.
Redaksiyadan qısa olaraq onu qeyd etmək istəyirik ki, adıçəkilən müəssisənin müdiri Elxan Əliyevin qanunsuz əməlləri haqda xeyli məlumatlarımız var. Bu şəxs az müddətdə İsmayıllıda oliqarx məmura çevrilib. Elxan Əliyevin İsmayıllıda dəbdəbəli villası və sair gəlir gətirən sahələri var. Hazırda Elxan Əliyev rayon telekomnikasiya qovşağından ildə yüz minlərlə manat vəsaitləri mənimsəyir. Rayonda internet və elektronlaşma ilə bağlı dövlət büdcəsindən milyonlarla maliyyə vəsaitlərinin ayrılmasına baxmayaraq rayonda bu sahə bərbad gündədir. Bütün bunlarla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə rayona gələn avadanlıqlar ayrı-ayrı məqsədlər üçün satılaraq vəsaitlər Elxan Əliyev tərəfindən mənimsənilir. Bir məsələni xüsusi ilə qeyd etmək istəyirik ki, müdir özünü nazirin adamı kimi təqdim edir və ona heç kimin gücü catmayacağını bildirir. Müraciət edən şəxsin bizə göndərəcəyi sənədləri əldə edən kimi bu mövzuya yenidən qayıdacağıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR