“İşğaldan azad olunma başlayan kimi…” - İlham Əliyev

25-07-2015, 11:57 625 dəfə baxılıb

“İşğaldan azad olunma başlayan kimi…” - İlham Əliyev


















Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda birgə mətbuat konfransı keçiriblər

Trend xəbər verir ki, prezident İ.Əliyev D.Tusku salamlayaraq qeyd edib ki, onun səfəri Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlər üçün çox vacib olub. Aİ və Azərbaycan arasında çoxillik əməkdaşlığı vurğulayan dövlət başçısı deyib ki, hazırda müzakirə üçün ikitərəfli və regional əməkdaşlıq kimi geniş spektr məsələlər mövcuddur. İ.Əliyev bildirib ki, biz Aİ və Azərbaycan tərəfdaşlığında yaxşı müsbət inkişaf görürük. Dövlət başçısı bəyan edib ki, D.Tuskun Bakıya səfəri Azərbaycan və Aİ arasında münasibətlərin vacibliyini göstərir: "Bizim sıx siyasi əlaqələrimiz var və onları gələcəkdə inkişaf etdirəcəyik".

Dövlət başçısı daha sonra bildirib: "Biz bu gün regional təhlükəsizlik məsələlərini, xüsuslə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini və bu münaqişənin həlli yollarını müzakirə etdik. Mən danışıqların hazırki vəziyyəti və münaqişənin tarixi barədə məlumat verdim. Münaqişə 20 ildən artıqdır ki, davam edir. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ və 7 ətraf rayon 20 ildən artıqdır ki, erməni işğalı altındadır".

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir. Prezidentin sözlərinə görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 7 ətraf rayonu işğal edib və milyondan artıq azərbaycanlı bu təcavüzün qurbanına çevrilib və qaçqın, məcburi köçkün vəziyyətinə düşüb: "Xalqımız Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb".

İlham Əliyev ümid edir ki, beynəlxalq ictimaiyyət təcavüzkara Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək üçün daha çox təzyiq göstərəcək: "Hesab edirəm ki, işğaldan azad olunma prosesi başlayan kimi Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşması prosesi də başlaya bilər. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə bu əsasla həll edilməlidir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR