İŞİD-dən Türkiyəyə şok təklif: “Hərbçinizi istəyirsinizsə…”

9-10-2015, 11:24 675 dəfə baxılıb

İŞİD-dən Türkiyəyə şok təklif: “Hərbçinizi istəyirsinizsə…”










İŞİD terror təşkilatı əsir götürdüyü Türkiyə Silahlı Qüvvələrinin hərbçisi Serter Daşın sərbəst buraxılması üçün şərtlərini açıqlayıb. Axar.az xəbər verir ki, Milli İstihbarat Təşkilatının nümayəndələri ilə görüşən terrorçular hərbçinin qarşılığında Türkiyədə həbs olunan 200 İŞİD üzvünün təşkilata təhvil verilməsini tələb edib.
Sputnik-in məlumatına görə, terrorçular 200 nəfərdən ibarət siyahını Türkiyə rəsmilərinə veriblər.
Terrorçular Serter Daşın sağlamlığının yaxşı olduğunu, lakin Rusiya bombardmanları səbəbindən tez-tez yer dəyişdirdiklərini vurğulayıblar.
Türkiyə tərəfi məsələ ilə bağlı heç bir açıqlama verməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR