“Türkiyə Ermənistana qarşı hücum planı hazırlayıb”

29-11-2019, 01:20 351 dəfə baxılıb

“Türkiyə Ermənistana qarşı hücum planı hazırlayıb”


“Türkiyənin 2001-ci ildə başa çatdırılan “Altay” kodlu “Oğuztürk Hava Hərəkatı” bu ölkənin 2-ci Taktiki Hava Qüvvələri Komandanlığı tərəfindən hazırlanıb və bu gün də qüvvədədir”.



Moderator.az erməni mediasına istinadən xəbər verir ki, düşmən mətbuatı bu fikirlərin İsveçin “Nordic Monitor” saytında yer adlığını bildirib. Erməni mediası iddia edir ki, 18 il əvvəl hazırlanan bu plan türk ordusunun müxtəlif hərbi birliklərinin Ermənistana zərbə endirməsini nəzərdə tutsa da, bütövlükdə bu, ümumi hərəkar planının müxtəlif hissələridir.



“Oğuztürk Hava Hərəkatı” planının bu gün də gündəmdə olduğunu iddia edən erməni mətbuatı, bununla bağlı narahatlığını ifadə edib.



Göründüyü kimi, Türkiyənin ünvanına zaman-zaman müxtəlif böhtanlar səsləndirən Ermənistan, bu gün də rəsmi Ankaranı yeni böhtanlarla hədəf almaqdadır. Halbuki, Türkiyənin heç vaxt hər hansı dövlətə qarşı işğalçılıq planı hazırlamadığı, təcavüzkar hərbi əməliyayata imza atmadığı bütün dünyaya məlumdur. Çox güman ki, Qarabağın işğalından bir kəlmə də olsun bəhs etməyən erməni mediası bu böhtanla Türkiyəni beynəlxalq təşkilatların və iri güclərin həədfinə gətirməyə, sürətlə silahlanmasına bəraət qazandırmağa çalışır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR